UEFA azərbaycanlı hakimə dəvət göndərib

FİFA dərəcəli hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə dəvət alıb. Bu barədə apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

FİFA dərəcəli hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə dəvət alıb. Bu barədə apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, budəfəki dəvət elit hakimlər üçün nəzərdə tutulan seminaradı. Belə ki, yanvarın 29-dan fevralın 2-dək Maltada təşkil ediləcək kursa Ağayev də qatılacaq: "Əliyar bu ilin əvvəlindəki seminara da çağırılmışdı. Maltada II kateqoriyadan olan cəmi 2-3 hakim iştirak edəcək ki, onlardan biri də Ağayevdi".

Qeyd edək ki, Əliyar Ağayev bu il yanvarın 30-da İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan seminara qatılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31