Ronaldo: ""Barselona"dan çox "Real"a bağlıyam"
Braziliya millisinin sabiq futbolçusu Ronaldo yerli mətbuata açıqlama verib. "Fenomen" İspaniyanın 2 nəhəngi barədə fikirlərini bölüşüb.
29 Dekabr 2017 18:45 İdmanBraziliya millisinin sabiq futbolçusu Ronaldo yerli mətbuata açıqlama verib. "Fenomen" İspaniyanın 2 nəhəngi barədə fikirlərini bölüşüb.
"Mən "Barselona"dan çox "Real Madrid"ə bağlı və minnətdaram. Baxmayaraq ki, "Barselona"da keçirdiyim ildə ən yaxşı oyunumu (red. bütün turnirlərdə 41 qol) göstərmişəm. Katalon klubu ilə hekayəmin sonu yaxşı olmadı. Bu, Neymarla baş verənlərə bənzəyir. Romario və Ronaldinyo da "Barselona"da problemlərlə üzləşdi. Ziko isə məsələnin nə olduğunu bildiyini demişdi. Braziliyalı futbolçular orda "Qızıl top"u qazana bilmir. Barselona gözəl şəhərdir". Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31