"Qəbələ"dən ayrıldı, holland klubuna keçdi
7 Yanvar 2018 06:35 İdmanHollandiyalı futbolçu Deyv Bultuis "Qəbələ"dən ayrılıb.
Qol.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi karyerasını ölkəsində - "Herenven" klubunda davam etdirəcək.
"Qırmızı-qaralar"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən legioner yeni klubu ilə 2,5 illik sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, D.Bultuis yayda Almaniyanın "Nürnberq" klubundan "Qəbələ"yə transfer olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31