İdman
"Real" Ronaldodan bahalı hücumçu alır
“İnter”in hücumçusu Mauro İkardi “Real”a keçmək üzrədir. Bu barədə “Daily Express” nəşri məlıumat yayıb. Məlumata görə, argentinalı forvard artıq Madriddə tibbi müayinədən keçib. Onun Madrid klubuna keçidinin bu həftə elan olunacağı bildirilir. İkardinintransfer dəyəri 110 milyon avro civarında qiymətlənidirilir.
Aleksis Sançesin yeni klubu bəlli oldu
Mövsümün sonunda "Arsenal"la müqavilə müddəti başa çatacaq Aleksis Sançes "Mançester Siti" ilə razılığa gəlib. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə çilili futbolçunun "şəhərlilər"in heyətində ilinə 13 milyon funt-sterlinq qazanacağı qeyd edilib. Mançester təmsilçisi illik məvacibdən əlavə, Sançesə 30 milyon funt-sterlinq transfer məbləği də ödəyəcək.
Türkiyədə ilin transferi reallaşır
Cenk Tosunu rekord qiymətə "Everton"a satan "Beşiktaş" "Arsenal"ın futbolçunu transfer etmək istəyir. İstanbul klubu Oliver Qiroudla danışıqlara başlayıb. İngiltərə mətbuatının məlumatına görə, son dövrlər "Arsenal"da heyətə düşməkdə çətinlik çəkən fransız forvard "DÇ-2018"ə getmək şansını itirməmək üçün daimi oynaya biləcəyi kluba getmək istəyir. Bu səbəbdən də "Beşiktaş"ın təklifinə müsbət yanaşır. Artıq klub prezidenti Fikret Orman onunla görüşərək təklifini irəli sürüb.
Arda Turanla bağlı SON İKİ GÜN
“Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ Arda Turanla görüşüb. Prezident ulduz futbolçuya “biz sənin üçün hər cür fədakarlıq etməyə hazırıq, bəs sən tarix yazmağa varsanmı” sualını verib. Arda isə cavabında “mən bu mübarizədə fərd kimi iştirak edəcəyəm və güvəninizi boşa çıxarmayacağam” deyib.
Neymar: "Koutinyo səhv edib"
Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar fikirləşir ki, yaxın dostu Filippe Koutinyo "Liverpul"u "Barselona"ya dəyişməklə səhv edib. Bu iddia ilə İspaniyanın "Don Balon" saytı çıxış edib. Bu saytda gedən xəbərə görə, Neymar bildirib ki, Lionel Messi "Barselona"da Koutinyonun karyerasına mane olacaq və həmyerlisi argentinalının kölgəsində qalacaq.
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçiriləcək
Azərbaycanın məşhur şahmatçısı və üçqat Azərbaycan çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçiriləcək.
“Qalatasaray”ın kapitanı “Samsunq”u məhkəməyə verdi, 110 min təzminat istədi
“Qalatasaray”ın kapitanı Səlçuk İnan mərkəzi Cənubi Koreyada yerləşən “Samsunq” şirkətini məhkəməyə verib. Futbolçu K.Ronaldonun “CR7” ləqəbi ilə tanındığı kimi, onun da “S8” markası ilə tanındığını iddia edib və şirkətin “S8” ifadəsindən istifadə etməsinə görə onu məhkəməyə şikayət edib.
Qomes "Real" və "Barselona"nı məyus edən yeganə futbolçudur
İspaniya La Liqasının 18-ci turunda baş tutan "Celta" - "Real" qarşılaşması 2:2 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahiblərinə 1 xal qazandıran qolu uruqvaylı Maksi Qomes "Real"ın qapısından keçirib. 21 yaşlı forvard bu mövsüm "Real" və "Barcelona"ya (2:2) qol vuran, hələlik yeganə futbolçudur.
Arsen Venger istefa verəcək
İngiltərənin "Arsenal" futbol komandasının baş məşqçisi Arsen Venger cari mövsümün sonunda postunu tərk edəcək. 68 yaşlı mütəxəssis müqaviləsindəki xüsusi bənddən yararlanaraq, belə bir addım atmağı planlaşdırır. Bildirilir ki, fransalını əvəzləməyə ən real namizəd "Arsenal"ın sabiq futbolçusu, hazırda "Manchester City"də baş məşqçi Xosep Qvardiolanın köməkçisi olan Mikel Artetadır.
“Qarabağ”ın müdafiəçisi: “Mən elə oğlanam ki...”
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli “Ora Skaner” televiziyasına açıqlama verib. Futbolçu 13 ildir, forma geyindiyi və kapitanı olduğu Albaniya millisinin 2017 mövsmündəki performasını dəyərləndirib: “Ötən il millimiz üçün uğurlu oldu.
“Qızıl buts”a iddia edənlər
"Latsio"nun hücumçusu Çiro İmmobile A seriyasında qollarının sayını 20-yə çatdırıb. XX turda "Spal"la səfər matçında poker edən 27 yaşlı forvard "qızıl buts" yarışında liderliyi ələ keçirib. Bununla, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn ("Tottenhem") və Mauro İkardinin ("İnter") isə aktivində 18 top var.
"Beşiktaş" Cenk Tosuna əvəzləyici tapdı
Cenk Tosunu 27 milyon avroya "Everton"a satan "Beşiktaş" ona əvəzləyici tapıb. Bir neçə futbolçu ilə maraqlanan İstanbul klubu kanadalı hücumçu Cyle Larin ilə anlaşıb. MLS-də "Orlando Siti"də forma geyinən 22 yaşlı futbolçu ilə 3+1 illik müqavilə bağlanılacaq. Futbolçu Türkiyəyə gəlib müqavilə imzalayacaq və çərşənbə günü baş tutacaq məşqdə iştirak edəcək.
"Keşlə"dən bosniyalı hücumçuya təklif
"Keşlə" heyətinə yeni legioner cəlb edə bilər. Paytaxt klubu bosniyalı hücumçu Süleyman Krpiçə təklif göndərib. Bunu futbolçunun agenti Samir Mexiç Bosniya və Hersoqovina mətbuatına açıqlamasında deyib. O, 27 yaşlı futbolçunun transferində tələsmədiklərini bildirib: "Krpiçə bir neçə təklif gəlib. "Şkendiya" (Makedoniya), "İrtış" (Qazaxıstan) və Bakı "İnter"ini ("Keşlə") qeyd edə bilərəm. Ancaq hələ fikirləşmək istəyirik".














