İdman

UEFA 2017-ci ilin rəmzi komandasını açıqladı

11 Yanvar 2018 18:20

UEFA 2017-ci ilin rəmzi komandasını açıqlayıb. Qurumun saytında keçirilən səsvermədə azarkeşlər komanda üzvlərini seçib. Heyətdə "Real Madrid"in 5 nümayəndəsi yer alıb.

“Borussiya”nın 9 futbolçusu zəhərlənib

11 Yanvar 2018 17:43

Dortmund “Borussiya”sı xoşagəlməz halla üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisinin futbolçuları zəhərlənib. Hadisə komandanın İspaniyadakı təlim-məşq toplanışının son günündə baş verib.

Azərbaycan millisinin üzvü "Gənclərbirliyi”ndə

11 Yanvar 2018 16:31

2016-cı ildən Azərbaycan millisinin üzvü olan Dəniz Yılmaz Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub. Klubla 29 yaşlı hücumçu arasında 1,5 illik müqavilə imzalanıb. Dəniz Yılmaz yeni komandasının heyətində ilk oyununu daha əvvəl məxsus olduğu “Bursaspor”a qarşı keçirəcək. Super Liqanın daha bir təmsilçisi “Ərzurumspor” klubu D.Yılmazı transfer etmək istəsə də, klub daxilində legioner məhdudiyyəti olduğundan transfer baş tutmayıb.

“Barselona”dan sürpriz transfer

11 Yanvar 2018 16:26

“Barselona” heyətinə yeni futbolçu qatıb. Katalonlar “Plameras”da forma geyinən kolumbiyalı müdafiəçi Yerri Mina ilə 5,5 illik müqavilə imzalayıb.

Arda Qrizmanın qurbanı oldu - "Barselona" 8 futbolçunu satışa çıxardı

11 Yanvar 2018 13:03

"Barselona" daha bir dünya ulduzunu heyətinə qatmaq niyyətindədir. Kataloniya klubu Antuan Qrizmanı transfer etməyə yaxındır. “Daily Mail” nəşrinin xəbərinə görə, bu futbolçu uzun müddətdir ki, "Barselona" tərəfindən yaxından izlənilir. İddialara görə, katalon klubu "Atletiko"ya 100 milyon avro ödəməyə hazırdır.

“Neftçi” üçün honduraslı yarımmüdafiəçi

11 Yanvar 2018 12:38

Qış fasiləsində 10 futbolçunu düşərgədən uzaqlaşdıran "Neftçi" transfer bazarında fəallığını artırıb. Klub rəhbərliyi heyəti gücləndirmək istiqamətində konkret addımlar atır. Paytaxt təmsilçisi prezident Orxan Hüseynzadənin imzasıyla daha bir legionerə rəsmi təklif göndərib. Bakılıların birbaşa müqavilə bağlamaq istədiyi futbolçu Alfredo Antonio Mejia Eskobardı. Honduras yığmasının üzvü son mövsümü Yunanıstanda keçirib. 2017-ci ilin əvvəlində "Ksanti" ilə anlaşan 27 yaşlı yarımmüdafiəçi 21 oyunda 2 dəfə fərqlənib.

500 minlik kapitana Azərbaycan variantı

11 Yanvar 2018 12:24

Mali yığmasının yarımmüdafiəçisi Yakuba Silla karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə məlumatı Fransa mətbuatı yayıb. Bildirilir ki, "Renn" klubu 28 yaşlı futbolçunu transferə çıxarıb. Son olaraq icarə əsasında "Panatinaikos"da çıxış edən Silla fransızlara lazım deyil. Afrikalı üçün artıq ilk təkliflər gəlib. Belə ki, "Osmanlıspor" (Türkiyə) və "Legiya" (Polşa) Sillanı icarəyə götürmək üçün Liqa 1 təmsilçisinə müraciət edib.

Ardanı Türkiyəyə kim göndərdi?

11 Yanvar 2018 09:29

"Başakşəhər"lə razılaşma əldə edən Arda Turanla bağlı daha bir xəbər yayılıb. Türkiyəli ulduzun Lionel Messi ilə mübahisəli münasibətlərinin olduğu iddia edilir.

Jozef Bum "Zirə"yə niyə qayıtmır?

10 Yanvar 2018 18:35

Yanvarın 4-də bir araya gələn "Zirə" hazırlığını davam etdirir. Məşqlərə yerlilərlə başlayan paytaxt klubunun düşərgəsinə bu gün legionerlər də qoşulublar.

Barqas vidalaşdı: "Getmək vaxtı idi"

10 Yanvar 2018 18:30

"Neftçi"dən ayrılan Uqo Barqas klubun azarkeşləri ilə vidalaşıb. Fransalı hücumçu sosial şəbəkədə paylaşım edib. O, "ağ-qaralar"ın formasındakı şəklini yayaraq, ürək sözlərini yazıb: "Neftçi"də oynadığım üçün çox xoşbəxtəm.

Döyülən hakim icazə, vuran futbolçu vaxt istədi

10 Yanvar 2018 17:24

"İntizam Komitəsinin qərarı ilə tanış deyildim. İndi öyrəndim". Bu sözləri futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan "Baku Fans" klubunun üzvü Aqşin Ömərov deyib. Dekabrın 27-də ADBTİA ilə keçirilən matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan futbolçu meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevi yumruqla vuraraq, ona ciddi xəsarət yetirib.

Futbol tarixində BİR İLK

10 Yanvar 2018 17:18

“Liverpul”un ingilətərəli ulduzu Daniel Sturridge özünü İtaliyanın nəhəng klubu “İnter”ə təklif edib. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Məlumata görə, “Liverpul”da forma geyinmək şansı olmayan ulduz komandadan ayrılmaq istədiyini etiraf edib. Şərtlərini italiyalı kluba təqdim edən futbolçu transferrin başa çatması üçün gözləmə nöqtəsinə keçib. “İnter” isə bu təklifdən təəccüblənib və düşünmək üçün zaman istəyib.

Azərbaycan karateçiləri beynəlxalq turnirdə mübarizə aparacaq

10 Yanvar 2018 15:36

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalar 12-14 yanvar tarixlərində Samobor şəhərində 27-ci Xorvatiya Qran Prisi uğrunda nüfuzlu yarışda iştirak edəcək. “OLAYLAR”-ın xəbərinə görə, 14-15 yaşlı yeniyetmələr və 16-20 yaşlı gənclərin baş məşqçisi Anar Allahverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyev avropa çempionatı qabağı 29 idmançını sınaqdan keçirəcək.

Növbəti “lipa” qalmaqalı

10 Yanvar 2018 15:27

Azərbaycan futbolunda növbəti "lipa"lar aşkar edilib.  AFFA İntizam Komitəsi Yüksək Qızlar Liqasında keçirilən iki matçda yaş limitini pozan komandaları sərt şəkildə cəzalandırıb. "Fidan" - "Gənclik" qarşılaşmasında hər iki komanda yaş limitini pozduğuna görə, onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

Kamerun yığmasının sabiq üzvü “Keşlə”yə baxışa gəlib

10 Yanvar 2018 14:58

Çempionatın ikinci yarısına hazırlığı davam etdirən “Keşlə”nin düşərgəsinə daha bir futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, baxışa dəvət olunan kamerunlu yarımmüdafiəçi Herve Tçami artıq ölkəmizdədi.