“Tərlan Əhmədov istədi deyə “Neftçi”yə gəldim”
"Neftçi"nin yeni transferi İlkin Qırtımov müsahibə verib. "Keşlə"ni "ağ-qaralar"a dəyişməsinin səbəblərini açıqlayan təcrübəli müdafiəçi azarkeşlərə də mesaj göndərib.
11 Yanvar 2018 19:00 İdman"Neftçi"nin yeni transferi İlkin Qırtımov müsahibə verib.
"Keşlə"ni "ağ-qaralar"a dəyişməsinin səbəblərini açıqlayan təcrübəli müdafiəçi azarkeşlərə də mesaj göndərib.
- "Keşlə"dən ayrılmağına nə səbəb oldu: klubun maddi durumu, baş verən məlum qalmaqal, yoxsa "Neftçi"dən aldığın təklif?
- Nə maddi vəziyyət, nə də qalmaqal. Bunların heç biri. Sadəcə, "Keşlə"dən ayrılmaq istəyirdim. 3 il idi ki, bu komandada idim. Klubumu dəyişmək istəyirdim. Ona görə də belə alındı.
- Maraqlıdır, "Neftçi"dən başqa, hansısa klub və ya klublardan təklif almışdınmı?
- Əlbəttə, təkliflər var idi. Yaxşı komandalardan dəvət almışdım. Amma mən "Neftçi"ni seçdim.
- Niyə məhz "Neftçi"?
- Tərlan müəllim məni öz komandasında görmək istədi. Dedi ki, sənə inanıram. Ona görə də "Neftçi"yə keçdim. Özümü yaxşı tərəfdən göstərim, baş məşqçinin inamını boşa çıxarmamalıyam.
- Sən özün Tərlan Əhmədovdan belə bir təklif gözləyirdinmi?
- Düzünü desəm, gözləmirdim. Sağ olsunlar, dəyər verib, təklif göndərdilər. Tərlan müəllim istədi deyə "Neftçi"yə gəldim.
- Baş məşqçi səni komandada görmək istəsə də, "Neftçi" azarkeşləri transferini bir qədər narazılıqla qarşıladılar...
- Sosial şəbəkələri izləmirəm. Amma ordan-burdan eşitmişəm. Çalışacam ki, onların da etimadı doğruldum, başlarını uca edim. Əlimdən gələni edəcəm. Yaxşı nəticə göstərməliyik ki, azarkeşlərimiz
də şad olsunlar.
- Yəqin özün də bilirsən ki, "Neftçi" fanatları həm çılğın, həm də çox tələbkardırlar...
- Əlimdən gələni edəcəm ki, öz oyunumla onların qəlbinə yol tapım.
- Yanvarın sonlarında milli komandanın toplanışı olacaq. Ümumiyətlə, yığmaya çağırılacağını gözləyirsən?
- Hər bir futbolçu milliyə dəvət almaq istəyər. Amma oynamaq lazımdı. Danışmaqla iş bitmir. Əsas odur ki, meydanda özünü göstərəsən. Onlar da sənin oyununu görüb, milliyə çağırsınlar. Qol.az