İdman

Ronaldu "Mançester Yunayted"ə keçmək istəyir - "Real Madrid" onu aldadıb

15 Yanvar 2018 12:49

"Real Madridin" ulduz futbolçusu Kriştianu Ronaldu yayda klubu tərk etmək qərarını alıb. Portuqal hücumçu bu barədə komanda yoldaşlarına deyib.

"Qarabağ" Ndlovunun yerinə Xamanı gətirir

15 Yanvar 2018 12:18

CAR-lı hücmuçu Dino Ndlovunu 1,5 milyon avroya Çinə satan "Qarabağ" onun yerini Afrika Çempionlar Liqasının qalibi ilə doldurmaq istəyir. Ağdam təmsilçisi CAR-ın "Mamelodi Sandaunz" koamndasında forma geyinən Xama Billiatı heyətinə qatmaq üçün addımlar atmağa başlayıb. Klub Xamaya 2,5 milyon ABŞ dolları qiymət qoyub."Qarabağ" isə 27 yaşlı futbolçu üçün 900 000 manat ödəmək niyyətindədir.

İspaniya kuboku: Rəqiblər məlum oldu

12 Yanvar 2018 18:40

İspaniya kubokunun ¼ final mərhələsinin püşkatması həyata keçirilib. Yarı finalda qarşılaşacaq cütülüklərin adları müəyyən edilib.

"Qarabağ"ın daha bir legioneri getdi

12 Yanvar 2018 17:43

"Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi yeni kluba transfer olunur. Norveçli futbolçu İsveçin AİK klubuna keçəcək. Yunanıstan təmsilçisi bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istəyib. Transferlə bağlı məsələlərin yaxın günlərdə yekunlaşacağı bildirilir.

Azərbaycandan təklif alan futbolçunun müştəriləri artır

12 Yanvar 2018 16:45

Azərbaycandan təklif alan Mali yığmasının kapitanı Yakuba Silla uğrunda mübarizə qızışır.  "Renn"in yarımmüdafiəçisi daha iki klubdan təklif alıb. "Osmanlıspor" və "Legiya"dan sonra "Kasımpaşa" və "Standard" da fransızların transferə çıxardığı oyunçunun xidmətində maraqlı olduqlarını bildiriblər.

“Neftçi”nin sabiq hücumçusu karyerasını bitirdi

12 Yanvar 2018 15:02

"Neftçi"nin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını bitirib. O, 34 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu "Levadiya"nın akademiyasında idman direktoru kimi çalışacaq. Bu barədə məlumatı klubun saytı yayıb.

“Zirə”yə bolqarıstanlı məşqçi cəlb olunub

12 Yanvar 2018 15:00

"Zirə" futbol komandasının baş məşqçisi Ayxan Abbasov özünə yeni köməkçi götürüb. Bu barədə  37 yaşlı mütəxəssisin özü məlumat verib. O, bildirib ki, qəsəbə təmsilçisinin əvəzedici heyətdə baş məşqçi Hüseynqulu Quliyevin kömkçisi olan bolqarıstanlı Kamen Vasilyev bundan sonra əsas komanda da çalışacaq: "Köməkçim Zaur Həşimov paralel olaraq, 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisidir.

“Beşiktaş” İbrahimoviçlə görüşdü

12 Yanvar 2018 11:16

Cenk Tosunu rekord qiymətə İngilətərəyə satan “Beşiktaş” onun yerinə “Mançester Yunayted” forması geyinən Zlatan İbrahimoviçi gətirməyi düşünür.  Ulduz futbolçunun meneceri Mino Raiola ilə görüşən rəhbərlik klubun gələcək layihələrini və hədəflərini açıqlayıb.

"Çelsi"nin oyunçusu qəza keçirdi

11 Yanvar 2018 20:47

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante yanvarın 11-də yüngül qəza keçirib. İngiltərə Liqa Kubokunda "Arsenal"la oyuna tələsən 26 yaşlı havbekin idarə etdiyi mini kuperi yük maşını əzib. Azarkeşlərdən biri Kantenin qərbi Londonda yerləşən Kings Road`da digər sürücü ilə dialoqunu çəkib. Fransalı futbolçu həftəsinə 110 min funt qazansa da, qiyməti 20 min funt olan sadə avtomobil sürməyə üstünlük verir.

“Tərlan Əhmədov istədi deyə “Neftçi”yə gəldim”

11 Yanvar 2018 19:00

"Neftçi"nin yeni transferi İlkin Qırtımov müsahibə verib. "Keşlə"ni "ağ-qaralar"a dəyişməsinin səbəblərini açıqlayan təcrübəli müdafiəçi azarkeşlərə də mesaj göndərib.

"Messi məni cəsəd kimi gördüklərini söylədi"

11 Yanvar 2018 18:57

"Barselona"nın sabiq futbolçusu Erik Abdidal xərçəng olduğu dönəmlə bağlı növbəti xatirəsini danışıb. O, "Canal +"ə açıqlamasında bildirib ki, Kataloniya klubunda oynadığı vaxt matçların birindən əvvəl yaxşı olduğunu göstərmək üçün komanda yoldaşlarına video göndərib. Amma həmin videoya Messinin verdiyi reaksiya E.Abidalı məyus edib:

"Barselona" argentinalı ulduzu satdı

11 Yanvar 2018 18:53

Qış fasiləsinin fəal komandalarından olan "Barselona" bir futbolçusu ilə yollarını ayırıb. Filip Koutinyo və Yerri Minanı transfer edən Kataloniya klubu müdafiəçi Xavyer Maskeranonu satıb. Minanın gəlişindən sonra gedişi gözlənilən argentinalı mərkəz müdafiəçisi karyerasını Çində davam etdirəcək.

Kamran Ağayev məşq vaxtı zədələndi

11 Yanvar 2018 18:38

"Keşlə" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin xidmətindən məhrum olub. Paytaxt klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayan təcrübəli qolkiper ötən gün məşq vaxtı zədələnib.

“Liverpul” müqavilə bağladığı futbolçunu gətirmək üçün sərvət ödəməlidir

11 Yanvar 2018 18:34

"Liverpul" klubu “RB Leypsiq”in dünya şöhrətli yarımmüdafiəçisi Nabi Keytanı müqavilədə qeyd olunmuş vaxtdan əvvəl heyətinə qata bilər. İngilislər bunun üçün 13 milyon funt-sterlinq ödəməlidir. Almaniyanın “Bild” qəzetinin məlumatına görə, “Liverpul” müqavilədə qeyd edilən 50 milyon funt-sterlinqdən əlavə 13 milyonu da ödəsə, Nabi Keyta 1 iyun tarixindən daha tez Premiyer Liqaya keçid edə bilər.