İdman
Rusiya idmançılarının olimpiadaya keçmiş SSRİ-nin rəmzləri ilə yollanmaları təklif olunub
Rusiya idmançılarının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarına keçmiş SSRİ-nin bayrağı və himni ilə yollanmaları təklif olunub. Belə bir təkliflə internet istifadəçiləri olimpiadada Rusiya simvollarına qadağa qoyulması səbəbindən çıxış ediblər. Onlar Rusiyanın hazırkı himninin keçmiş SSRİ-nin himni ilə üst-üstə düşməsini, ölkənin isə SSSRİ-nin varisi olmasını əsas gətiriblər.
Dünyanın ən varlısı nə Messi nə də Ronaldudur - 20 milyardı olan 19 yaşlı Faiq
Hazırda dünyanın ən böyük futbol ulduzları Lionel Messi və Kriştianu Ronaldudur. Sözsüz ki, onlar çox böyük sərvətə sahibdirlər. Ancaq dünyanın ən varlı futbolçusu nə Messi, nə Ronaldu nə də hansısa başqa bir ulduz deyil.
Aleksis Sançez üçün davam edən "döyüş"
"Arsenal"ın hücumsçusu Aleksis Sançezi daha bir klub öz heyətinə qatmaq istəyir. Çilili futbolçunu transfer etmək üçün gedən "döyüşlərə" "Çelsi" də qoşulub. "Zadəganlar"ın baş məşqçisi Antonio Konte "Yuventus"u çalışdıran zaman da Aleksisi transfer etmək istədiyini gizlətməyib.
"Fənərbağça" Dodonu transfer edəcək
Nasri 4 illik futboldan uzaqlaşdırılacaq
"Antalyaspor"un fransız ulduzu Samir Nasri dopinq qəbul etdiyi üçün futboldan uzaqlaşdırıla bilər. 30 yaşlı futbolçu 2016/17-ci il mövsümündə "Sevilya"nın heyətində çıxış edərəkən qan köçürməsi edib. Bu da antidopinq qaydalarına ziddir. İspaniya antidopinq labaratoriyası UEFA-ya Nasrini futboldan 4 il uzaqlaşdırmağı məsləhət görüb.
İngiltərə millisinin sabiq futbolçusu vəfat etdi
İngiltərə millisinin sabiq hücumçusu Sirill Recis 59 yaşında vəfat edib. Ölümün səbəbi məlum deyil. Bəzi nəşrlər onun ürək tutmasından dünyasını dəyişdiyini yazır.
“Oynadığım liqanın səviyyəsi puldan önəmlidi”
"Polşanın "Qurnik Lençna" klubundan ayrılandan sonra özümə tələsik komanda tapmaq istəyirdim". Bu sözləri Polşanın "Termalika" klubunun futbolçusu Qabriel Matey deyib.
Arda rəsmən “Başakşəhər”də
Arda Turanın "Başakşəhər"ə keçidi rəsmiləşib. 31 yaşlı futbolçunun təqdimat mərasimi təşkil edilib. Klub prezidenti Göksəl Gümüşdağ və sponsorların qatıldığı tədbirdə Türkiyə millisinin üzvü 2,5 illik müqaviləyə qol çəkib. "Barselona"dan icarəyə götürülən Ardanın cari mövsümün ikinci dövrəsindəki məvacibi 2 milyon avro olacaq.
Əfsanə futbolçu Uelsin baş məşqçisi olub
Futbol üzrə Uels milli komandasına yeni baş məşqçi təyin olunub. Bu, yığmanın sabiq yarımmüdafiəçisi və kapitanı Rayan Giqqzdir. Vaxtilə İngiltərə "Mançester Yunayted"ində çıxış etmiş əfsanəvi futbolçunun rəsmən təyinatı bu gün açıqlanacaq. Uels Futbol Assosiasiyası yığmanın daha bir sabiq futbolçusu Kreyq Bellami, eləcə də Toni Pyulis və Tyerri Anrinin də namizədliyini nəzərdən keçirib. Lakin sonda seçim 44 yaşlı mütəxəssisin üzərində edilib.
İspaniyalı hücumçu rasizm ittihamını rədd etdi
İspaniya La Liqasının 19-cu turunda baş tutan "Levante" - "Selta" (0:1) matçından sonra meydan sahiblərinin yarımmüdafiəçisi Xefferson Lerma rəqib futbolçu Yaqo Aspasın irqçilik etdiyini bildirmişdi.
“Barselona”lı Alba: “Bizi öldürmüşdülər”
İspaniya La Liqasında “Real”ın liderdən 19 xal geridə olması komandanın azarkeşlərində qəzəb yaradıb və ölkə mediasında müzakirələrə səbəb olub. “Barselona”nın sol cinah müdafiəçisi Jordi Alba mövzu ilə bağlı maraqlı ifadələr işlədib.
Fransa Liqasında QALMAQAL: Hakim elə bir şey etdi ki.... - VİDEO
Fransa Liqasının 20-ci turunda keçirilən “Nant” - "Paris Sen-Jermen” oyununda qalmaqallı hadisə baş verib. PSJ-nin hücumu zamanı ev sahibinin hücumçusu Dieqo Karlos müdafiəyə kömək etmək üçün öz cərimə meydançalarına tərəf qaçıb. Futbolçu bu zaman təsadüfən matçın baş hakimi Toni Şaprona toxunub.
Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək
16-17 yanvar 2018-ci il tarixdə Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci açıq Respublika turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
Ronaldu "Mançester Yunayted"ə keçmək istəyir - "Real Madrid" onu aldadıb
"Real Madridin" ulduz futbolçusu Kriştianu Ronaldu yayda klubu tərk etmək qərarını alıb. Portuqal hücumçu bu barədə komanda yoldaşlarına deyib.
"Qarabağ" Ndlovunun yerinə Xamanı gətirir
CAR-lı hücmuçu Dino Ndlovunu 1,5 milyon avroya Çinə satan "Qarabağ" onun yerini Afrika Çempionlar Liqasının qalibi ilə doldurmaq istəyir. Ağdam təmsilçisi CAR-ın "Mamelodi Sandaunz" koamndasında forma geyinən Xama Billiatı heyətinə qatmaq üçün addımlar atmağa başlayıb. Klub Xamaya 2,5 milyon ABŞ dolları qiymət qoyub."Qarabağ" isə 27 yaşlı futbolçu üçün 900 000 manat ödəmək niyyətindədir.














