İdman

Məmmədyarov superturnirdə vahid lider oldu

20 Yanvar 2018 08:57

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 6-ci tura yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.

"Barselona"da daha bir müqavilə

19 Yanvar 2018 15:35

"Barselona"da daha bir yeni müqavilə gerçəkləşib. Məlumata görə, Kataloniya təmsilçisi yarımmüdafiəçi Serji Roberto ilə müqaviləni uzadıb. İspaniya millisinin üzvü ilə 2022-ci ilə kimi saziş bağlanılıb. Onun sərbəst qalma qiyməti isə 500 milyon avro təyin edilib.

"Çelsi"yə transfer qadağası qoyula bilər

19 Yanvar 2018 12:53

İngiltərənin "Çelsi" futbol klubuna transfer qadağası qoyula bilər. London təmsilçisi 18 yaşı tamam olmamış 25 futbolçunun transferi zamanı qaydalara riayət etməməkdə şübhəli bilinir. Bildirilir ki, FIFA-nın İntizam Komitəsi hazırda bu məsələ ilə bağlı araşdırma aparır. Lakin "Çelsi" klubu ittihamları qəbul etmir. Londonluların qanuna əməl etmədikləri təsdiqlənərsə, kluba transfer qadağasının qoyulacağı gözlənilir.

"Qarabağ"ın oyununda sürpriz qonaqlar

18 Yanvar 2018 19:00

Türkiyənin "Fənərbaxça" klubunun "1907 UNİFEB" azarkeş qrupu Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib. Azarkeş qrupu dünən Rusiyanın “Kuban” komandası ilə yoxlama görüşü keçirən Ağdam klubunun düşərgəsində olub. Baş məşqçi Qurban Qurbanova gül dəstəsi təqdim edən türkiyəli azarkeşlər sonda xatirə şəkli çəkdiriblər. Fotoları isə klubun rəsmi feysbuk səhifəsindən paylaşıblar.

“Ateist olduğumu deyəndə, mənimlə danışmadı”

18 Yanvar 2018 14:59

"Neftçi"dən ayrıldıqdan sonra Qazaxıstana getmək haqda düşünürdüm. Amma mövsümün sonuna qədər "Karvina"da qalası oldum. Bu sözləri "Neftçi" klubunun sabiq futbolçusu Pavel Dreksa deyib.  "Ağ-qaralar"la icarə müqaviləsi başa çatdıqdan sonra "Karvina"ya qayıdan çexiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, Azərbaycandakı karyerası haqda danışaraq, maraqlı fikirlər səsləndirib.

"Arsenal" Obameyanqla danışıqlara başladı

18 Yanvar 2018 14:57

"Arsenal" "Borussia"nın futbolçusu Pyer-Emerik Obameyanqla danışıqlara başlayıb. Bu barədə Britaniya mətbuatı yayıb. London klubu 28 yaşlı hücumçuya müqavilə təklif edib. "Arsenal"ın bu transfer üçün Dortmund təmsilçisinə 56 milyon avro ödəməyə hazır olduğu bildirilir. 

Dünya başqa planetdən gələn gülərüz sehrbazla belə vidalaşdı - VİDEO

18 Yanvar 2018 14:35

Dünən futbol karyerasına son qoyan braziliyalı ulduz futbolçu Ronaldinyonu formasını geyindiyi klublar unutmayıb. Çempionlar Liqası və Dünya Kubokunun sevinicini yaşayan, 2005-ci ildə “Qızıl Top” mükafatına layiq görülən ulduzun futbolu buraxması sosial mediada böyük əks-səda doğurub.

Azərbaycan futbolu Avropada İLK ÜÇLÜKDƏ

18 Yanvar 2018 12:33

UEFA Avropa ölkələrinin milli çempionatlarının son 10 il ərzindəki hərəkət cədvəlini açıqlayıb. Nəticələr assosiasiyanın rəsmi internet saytında dərc edilib. Azərbaycan milli çempionatlarda ən böyük sıçrayışa nail olanlar arasında ilk üçlükdə yer alıb.

Azərbaycan İranla qarşılaşacaq

18 Yanvar 2018 11:51

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina edir?

17 Yanvar 2018 14:15

"Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina etməklə bağlı bizə rəsmi müraciət etməyib". Bunu açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, bu məsələ yalnız mətbuatda yer alan xəbərlər səviyyəsindədir.

"Qarabağ"a qol vuran futbolçu "Dortmund"da

17 Yanvar 2018 12:15

"Çelsi"nin hücumçusu Mişi Batşuayi daha bir klubun transfer hədəfinə çevrilib. "Borussiya Dortmund" bu ay "Arsenal"a keçməsi gözlənilən oyunçusuObameyanqın yerini Batşuayi ilə doldurmaq istəyir. Daha əvvəl belçikalı futbolçunun "Sevilya" və "Vest Ham"a keçəcəyi deyilirdi.

"Real Madrid" 23 yaşlı qapıçı transfer edir - Zidan istəmir

17 Yanvar 2018 12:13

"Real Madrid" rəsmi olaraq Kepa Arrisabalaqanı transfer etmək istədiyini açıqlayıb. Baş məşqçi Zinnəddin Zidanın qapıçını istəməməsinə rəğmən "Real"ın idarə heyəti bu keçidi reallaşdıracaq.

İlham Zəkiyevə yeni vəzifə verildi

17 Yanvar 2018 12:12

Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb. Qurumdan  verilən məlumata görə, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub. Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşüb

17 Yanvar 2018 11:40

Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb. Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

Robert Pattinson müsəlman oldu – İDDİA

16 Yanvar 2018 12:25

Dünya  şöhrətli gənc aktyor Robert Pattinsonun müsəlman olması ilə bağlı xəbərlər yayılıb. Bu iddiaların yaranmasına səbəb onun "New York Times"a verdiyi reportajda işlətdiyi sözlər olub:  "2010-cu ildə Los-Ancelesdə gəzərkən qarşıma məscid çıxdı. İçəriyə girəndən sonra həyatım dəyişdi. Oradan çıxandan sonra ingilis dilində "Quran-i Kərim" alıb oxudum.