İdman
Arsen Venger istefa verəcək
İngiltərənin "Arsenal" futbol komandasının baş məşqçisi Arsen Venger cari mövsümün sonunda postunu tərk edəcək. 68 yaşlı mütəxəssis müqaviləsindəki xüsusi bənddən yararlanaraq, belə bir addım atmağı planlaşdırır. Bildirilir ki, fransalını əvəzləməyə ən real namizəd "Arsenal"ın sabiq futbolçusu, hazırda "Manchester City"də baş məşqçi Xosep Qvardiolanın köməkçisi olan Mikel Artetadır.
“Qarabağ”ın müdafiəçisi: “Mən elə oğlanam ki...”
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli “Ora Skaner” televiziyasına açıqlama verib. Futbolçu 13 ildir, forma geyindiyi və kapitanı olduğu Albaniya millisinin 2017 mövsmündəki performasını dəyərləndirib: “Ötən il millimiz üçün uğurlu oldu.
“Qızıl buts”a iddia edənlər
"Latsio"nun hücumçusu Çiro İmmobile A seriyasında qollarının sayını 20-yə çatdırıb. XX turda "Spal"la səfər matçında poker edən 27 yaşlı forvard "qızıl buts" yarışında liderliyi ələ keçirib. Bununla, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn ("Tottenhem") və Mauro İkardinin ("İnter") isə aktivində 18 top var.
"Beşiktaş" Cenk Tosuna əvəzləyici tapdı
Cenk Tosunu 27 milyon avroya "Everton"a satan "Beşiktaş" ona əvəzləyici tapıb. Bir neçə futbolçu ilə maraqlanan İstanbul klubu kanadalı hücumçu Cyle Larin ilə anlaşıb. MLS-də "Orlando Siti"də forma geyinən 22 yaşlı futbolçu ilə 3+1 illik müqavilə bağlanılacaq. Futbolçu Türkiyəyə gəlib müqavilə imzalayacaq və çərşənbə günü baş tutacaq məşqdə iştirak edəcək.
"Keşlə"dən bosniyalı hücumçuya təklif
"Keşlə" heyətinə yeni legioner cəlb edə bilər. Paytaxt klubu bosniyalı hücumçu Süleyman Krpiçə təklif göndərib. Bunu futbolçunun agenti Samir Mexiç Bosniya və Hersoqovina mətbuatına açıqlamasında deyib. O, 27 yaşlı futbolçunun transferində tələsmədiklərini bildirib: "Krpiçə bir neçə təklif gəlib. "Şkendiya" (Makedoniya), "İrtış" (Qazaxıstan) və Bakı "İnter"ini ("Keşlə") qeyd edə bilərəm. Ancaq hələ fikirləşmək istəyirik".
"Arsenal" azarkeşləri ŞOKDA - Kubok əldən getdi
"Qəbələ"dən ayrıldı, holland klubuna keçdi
DÇ-2018-in rəsmi himnini Ledi Qaqa ifa edə bilər
"Qarabağ"ın Reynaldosu "Spartak"da
"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Slovakiyada davam etdirəcək. 28 yaşlı hücumçu yüksək liqada mübarizə aparan Trnava "Spartak"ında baxışdadır. "Spartak" Reynaldo ilə yanaşı "Hannover"dən 21 yaşlı kosovolu yarımmüdafiəçi Valmir Süleymanini də heyətinə cəlb edib. Hər iki futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
"Barselona”nın yeni müdaifəçisi
İspaniyanın "Barselona" klubu Kolumbiya yığmasının futbolçusu Erri Mina ilə müqavilə bağlayacaq. Kataloniya təmsilçisi Braziliyanın "Palmeyras" klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro nəğd, 2 milyon avro isə bonus şəkilində ödəyəcək.
Millimiz Moldova ilə görüşəcək
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Yanvarın 30-da Türkiyənin Antalya şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Moldova yığması olacaq. Bu, baş məşqçi Qurban Qurbanovun millidə ilk sınağı olacaq.
Podolski Kölndə dönərxana açdı
"Qalatasaray"ın sabiq futbolçusu Lukas Podolski Türkiyədə çıxış edərkən dönəri də çox sevirmiş. Hazırda karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirən Podolski dönər biznesinə başlayıb. O, Kölndə dönərxana açıb. Podolski dönərxanasına "Manqal dönər" adı verib.
Ronaldo bu 3 klubdan birində OYNAYA BİLƏR
Son dövrlər "Real"dan ayrılmaq istədiyi iddia olunan Kriştiano Ronaldo ilə bağlı yeni iddialar ortaya atılıb. Portuqaliyalı ulduzu 3 klub transfer etmək istəyir. "Don Balon"un iddiasına görə, bu klublar PSJ, "Çelsi" və "Los Anceles Qalaksi"dir.
Messi sərbəst qalacaq, əgər... - ŞOK İDDİA
“Barselona” ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan və 700 milyon avro qarşılığında sərbəst qalmaq imkanına malik Lionel Messi ilə bağlı qəribə detal ortaya çıxıb. Kataloniya müstəqil olarsa, Messi qarşılıqsız şəkildə sərbəst qala bilər.
“Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirdi
Fransalı sol qanad müdafiəçisi 36 yaşlı Patris Evra “Qalatasaray”la müqaviləyə imza atacaq. Bu məqsədlə təcrübəli futbolçu bu gün İstanbula uçacaq. “Sky Sports”un xəbərinə görə, bu müqavilə ilə “Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirəcək.














