İdman
Bakı Şəhər birinciliyi keçiriləcək
Yeniyetmələr arasında sərbəst və Yunan-Roma güləşi idman növü üzrəBakI şəhər birinciliyi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən daxil olub. Bildirilib ki, yarışların yanvarın 27-30-u tarixlərində keçirilməsi nəzərdə tutulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq yarışlar Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək. Qaliblərə Baş İdarənin diplom və qiymətli hədiyyələri təqdim olunacaq.
Polşa təmsilçisi "Sumqayıt"la mübarizədən imtina etdi
Türkiyənin Antalya bölgəsində hazırlıq keçən “Sumqayıt”ın Polşa təmsilçisi "Poqon"la yoxlama görüşü baş tutmayacaq. Polşa klubu öncədən planlaşdırılmış matçdan imtina edib. Buna görə "Sumqayıt" Rumıniya təmsilçisi “Konkordiya” ilə qarşılaşacaq. Görüş sabah Bakı vaxtı ilə 17:00-da başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.
Bu gün 15:00-a HAZIR OLUN! - Bütün dünyanın gözü ORADA OLACAQ - FOTO
Millimiz İranla heç-heçə oynadı
Futzal üzrə Azərbaycan milli komandası yanvarın 23-də Bakı İdman Sarayında İran yığması ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Villiams Oliveira Do Nascimentonun dubl etdiyi oyunda komandamızın digər qolunu İsa Atayev vurub. Oyundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib: “Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmir.
Məşhur tennisçiyə oğlan fanatından şok təklif
Avstraliyada təşkil edilən çempionatda iştirak edən ispaniyalı tennisçi Rafael Nadala şok təklif gəlib. Tennisçinin oğlan azarkeşlərindən biri tribunada pankart açaraq məşhur tennisçiyə evlilik təklif edib. Azarkeş “mənimlə evlənərsənmi, Rafa” yazısı olan pankartını Rafael korta çıxdığı anda yuxarı qaldırıb. Yanındakı dostu isə “ölkəmizdə artıq qanunidir” pankartı açıb və hər kəsi şoka salıb. Tennisçinin pankartları görüb-görməməsi isə hələ ki, bilinmir.
Rusiyanın bütün dağ xizəkçiləri Olimpiadanın ilkin siyahısına salınıb
Cənubi Koreyanın Pxönçhan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına qatılmaqda iddialı olan Rusiyanın bütün dağ xizəkçiləri ilkin olaraq iştirakçı siyahısına düşüblər. Məlumata görə, Rusiya Dağ-Xizək İdmanı və Snoubord Federasiyasının prezidenti Leonid Melnikov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) həmin idmançılara, o cümlədən Dünya Kubokunun qalibi Aleksandr Xoroşilova dəvətnamə verməyə hazırdır.
Cüdoçularımız beynəlxalq yarışda iştirak edəcəklər
Gələn ay Fransanın Pais və Almaniyanın Düsseldorf şəhərlərində cüdo üzrə “Böyük Dəbilqə” yarışları keçiriləcək. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, bu mötəbər turnirlərdə Azərbaycan milli komandası da mübarizə aparacaq. Baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında cüdoçularımız hazırda Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında gələcək beynəlxalq yarışlara hazırlaşırlar.
"İşim ağırdır" - Qurban Qurbanov "Qarabağ"dan AYRILIRMI? - ÖZÜ AÇIQLADI
Azərbaycan millisinin və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov “Region Plus” jurnalına müsahibə verib. 46 yaşlı mütəxəssis “Qarabağ” komandasındakı postundan ayrılmaq fikrində olmadığını bildirib.
Tərlan Əhmədov: “Belə şey ildə bir dəfə olur”
"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən keçirdiyi ilk yoxlama oyununda Rusiyanın "SKA-Xabarovsk" klubuna məğlub olub - 1:8. Komandamızın yeganə qolunu meydana ikinci hissədə daxil olan İqnasio Errera vurub.
“Qalatasaray”dan inamlı qələbə
"Neftçi"dən biabırçı məğlubiyyət - 1:8
Fatih Terim bu gün İSTEFA VERƏCƏK - SƏBƏB
Ötən mövsüm səs-küylü bir şəkildə “Qalatasaray” komandasına baş məşqçi təyin edilən Fatih Terim istefa verəcək. Baş məşqçi klubun prezidentinin dəyişilməsinə görə “Kayserispor”la qarşılaşmadan sonra formal olaraq istefa ərizəsini imzalayacaq.
Azərbaycanlı hakimlərin idarə etdiyi oyunda KÜTLƏVİ DAVA DÜŞDÜ
Türkiyənin Antalya şəhərində azərbaycanlı hakimlərin idarə etdikləri "Olimpik" (Ukrayna) - "Korona" (Polşa) oyununda qarşıdurma yaşanıb. Matçın ilk yarısına əlavə edilmiş dəqiqələrdə futbolçuların kobud oyunu kütləvi davaya səbəb olub.
"Real"dan rekord transfer - İngiltərəli ulduza 227 milyon
"Real" növbəti transfer rekorduna imza atmaq niyyətindədir. İspanlar "Tottenhem"in ingiltərəli ulduzu Harri Keynə 227 milyon avroluq təklif göndərməyə hazırlaşır. Bu haqda iddialar "The Sunday Times" qəzetində yer alıb. İddialara görə, "Real" Harrini heyətinə qata bilmək üçün qızğın mübarizə aparacaq. Çünki "Tottenhem" bu mövsüm 28 matçda 28 qol vuran Harrini buraxmaq niyyətində deyil.
Məmmədyarov superturnirdə vahid lider oldu
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 6-ci tura yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.














