İdman

Qriqorçuk: “Milli komanda üzvlərinə daha çox şans verdik”

25 Yanvar 2018 19:50

Bu gün oyun vaxtını futbolçular arasında bölmüşdük. İstədiyimiz də uğurlu alındı. Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Türkiyənin Antalya şəhərində keçirilən "Qəbələ" - "Rabotniçki" oyunundan (2:1) sonra "qırmızı-qaralar"ın ukraynalı çalışdırıcısı fikirlərini bölüşüb: "Milli komandanın üzvlərinə daha çox oynamaq imkanı verdik ki, onlar yığmaya tam qaydasında yollansınlar. Yanvarın 27-də keçirəcəyimiz oyunda onlara az şans verəcəyik. Ola bilər ki, bu oyunçular istirahət etsin. Onlar ayın 30-da meydana çıxacaq və bir qarşılaşmadan sonra geri dönəcək.

"Neftçi" Aqil Məmmədovla yolları ayırdı

25 Yanvar 2018 19:40

"Neftçi" qış fasiləsində heyətinə qaytdığı qapıçı Aqil Məmmədovla yollarını ayırıb. 28 yaşlı qapıçısı ilə müqavilə qarşılıqlı razılıqla pozulub. Onun yenidən "Qəbələ"də çıxış edəcəyi gözlənilir.

Ramos: "Zidanı müdafiə edənlərin önündə gedəcəyik"

25 Yanvar 2018 18:45

"Real"ın kapitanı Serxio Ramos komandanın İspaniya Kubokunda "Leganes"ə uduzaraq (1:2) mübarizəni dayandırmasından sonra fikirlərini bölüşüb. Təcrübəli müdafiəçi baş məşqçi Zidanı müdafiə edib.

Qurbanovun komandası daha bir yoldaşlıq oyununa hazırlaşır

25 Yanvar 2018 16:07

Martın 27-də Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Matç Türkiyənin Antalya şəhərində baş tutacaq.

Millinin baş məşqçisi İran məğlubiyyətini ŞƏRH ETDİ

25 Yanvar 2018 15:56

Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və İran milli komandalarının oyunu keçirilib. Azərbaycan millisinin baş məşqçisi Xose Alesio oyunun çətin keçdiyini bildirib: “Bugünkü oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindir. Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir.

KİV: Neymar "Real Madrid"ə keçmək istəyir

25 Yanvar 2018 13:33

Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasını İspaniya “Real Madrid”ində davam etdirmək istəyir. 26 yaşlı hücumçu “kral klubu”nda aşağı maaşa oynamağa da razıdır. Braziliyalı forvardın Fransa çempionatında çıxış etməkdən məyus olduğu bildirilir.

Şahmat üzrə Azərbaycan çempionatı keçirilib

25 Yanvar 2018 13:21

Azərbaycan Şahmat Federasiyasının ofisində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı (yüksək dəstə) keçirilib. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, yarışda 18 nəfər iştirak edib. İsveçrə sistemi üzrə keçirilən yarışda 9 oyundan 7,0 xal toplayan Beynəlxalq Usta Abdulla Qədimbəyli I yeri tutub. II yeri 7,0 xal toplayan FIDE Ustası Rəvan Əliyev, III yeri 6,0 toplayan FIDE Ustası Məhəmməd Muradlı qazanıb.

"Qarabağ" bir gündə iki oyun keçirəcək

25 Yanvar 2018 12:17

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.  Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da start götürəcək.

Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

25 Yanvar 2018 09:11

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 10-cu turu yekunlaşıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Sviderlə görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə başa çatıb. Məmmədyarov turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Elxan Məmmədov: “Missiya mümkündür”

24 Yanvar 2018 18:55

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib. SİA-nın məlumatına görə, o, assosiasiyanın rəsmi saytına bunları deyib: “Bizi maraqlı yarış gözləyir.

"Roma" heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir

24 Yanvar 2018 18:35

İtaliya Seriya A komandalarından "Roma" heyətinə 3-cü türk futbolçunu qatmağa hazırlaşır. "Canavarlar", ilk olaraq, "Başakşəhər"in gənc oyunçusu Cengiz Ündəri daha sonra isə "Brondi"də forma geyən Rezan Çorlunu transfer etmişdi.

Rəşad Sadıqov: "Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır"

24 Yanvar 2018 18:30

Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Gürcüstanın U-21 komandası ilə 1:1 bitən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Bayern Münhen"dən Beyl açıqlaması: "Bahadır"

24 Yanvar 2018 18:30

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl bu qış, böyük ehtimalla Madrid klubunda qalacaq. Onunla "Mançester Yunayted", "Liverpul" və "Bayern Münhen" maraqlansa da, əməli fəaliyyət göstərməyiblər.

Daha bir matç ləğv edildi

24 Yanvar 2018 18:14

Azərbaycan və Kosovo milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ləğv olunub.Buna səbəb UEFA Millətlər Liqasının qrup mərhələsində bu komandaların eyni  qrupa düşməsi olub.

Qurbanov püşkatmadan DANIŞDI: "Başqa yarış olsaydı, bəlkə..."

24 Yanvar 2018 17:33

“Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq". Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov deyib.