PSJ-nin braziliyalı müdafiəçisinə 3 oyunluq cəza
PSJ-in müdafiəçisi Dani Alveş 3 oyunluq diskvalifikasiya olunub. Braziliyalı futbolçu çempionatın 22-ci turunda "Lyon"a qarşı matçda (1:2) baş hakim Kleman Turpenə kəskin etirazına görə cəzalandırılıb.
26 Yanvar 2018 19:00 İdmanPSJ-in müdafiəçisi Dani Alveş 3 oyunluq diskvalifikasiya olunub. Braziliyalı futbolçu çempionatın 22-ci turunda "Lyon"a qarşı matçda (1:2) baş hakim Kleman Turpenə kəskin etirazına görə cəzalandırılıb.
Matçın 57-ci dəqiqəsində 34 yaşlı "sambaçı" Turpenin PSJ əleyhinə verdiyi cərimə zərbəsindən qəzəblənmiş və hakimlə üz-üzə dayanmışdı. Bundan sonra referi birbaşa qırmızı vərəqə göstərməklə onu meydandan qovmuşdu.
Qeyd edək ki, aynvarın 22-də baş tutan görüşdə Memfis Depay son saniyələrdə dəqiq cərimə zərbəsi ilə "Lion"a qəlbə qazandırmışdı. Bu, PSJ-nin cari mövsüm Liqa 1-də 2-ci məğlubiyyəti oldu. Goal.az