İdman

Olimpiadaçılar üçün qış məktəbi təşkil edilib

29 Yanvar 2018 16:21

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin informatika fənni üzrə olimpiadaçı şagirdləri üçün “Azercell”-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində qış məktəbi təşkil edilib.

Messi Ronaldunu geridə qoydu

29 Yanvar 2018 15:07

İspaniya La Liqasının 21-ci turunda "Alaves"i qəbul edən "Barselona" hesabda geri düşsə də, sonda 3 xalı qazana bilib - 2:1. Qələbə qolunu cərimə zərbəsindən Lionel Messi rəqibin qapısından keçirib.

Şehiç ABŞ-da

29 Yanvar 2018 14:05

Bosniya və Hersoqovina yığması ABŞ-ın milli komandası ilə yoxlama görüşünə çıxıb. Bu matç Bosniya və Hersoqovinanın milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ilk oyunu olub.

Rafael Ağayev qızıl medalı son anda əldən verdi

29 Yanvar 2018 12:04

Azərbaycanın məşhur karateçisi qızıl medalı son anda əldən verib.Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, milli komandanın lideri Rafael  Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer Liqa turnirində ikinci yeri tutub. Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.

"Mançester Yunayted" Müəmmar Qəddafinin olub? - ŞOK İDDİA

29 Yanvar 2018 11:13

Liviyalı maliyyəçi Məhməd Dalman İngiltərənin "Mançester Yunayted" klubunun bir hissəsini Müəmmar Qəddafinin aldığını iddia edir. M.Dalman "The Sun" nəşrinə açıqlamasında 2004-cü ildə Liviyanın keçmiş rəhbəri olan Müəmmar Qəddafinin "Mançester Yunayted" klubunun 29,9 fazi hissələrini almaq istədiyini və bu məsələnin detallarını müzakirə etmək məqsədilə onu şəxsi təyyarə ilə danışıqlara göndərdiyini deyib.

"Qarabağ" "Sarayevo"ya qarşı

29 Yanvar 2018 11:05

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq. Ağdam klubu Bosniya və Hersoqovinanın yüksək liqa təmsilçisi "Sarayevo" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18.30-da başlayacaq.

PSJ-nin braziliyalı müdafiəçisinə 3 oyunluq cəza

26 Yanvar 2018 19:00

PSJ-in müdafiəçisi Dani Alveş 3 oyunluq diskvalifikasiya olunub. Braziliyalı futbolçu çempionatın 22-ci turunda "Lyon"a qarşı matçda (1:2) baş hakim Kleman Turpenə kəskin etirazına görə cəzalandırılıb.

Mourinyo "Mançester Yunayted"lə müqaviləsini uzatdı

26 Yanvar 2018 18:55

Portuqaliyalı mütəxəssis Joze Mourinyo İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə müqaviləsini 2020-ci ilədək uzadıb. 54 yaşlı mütəxəssislə 2020-ci ilədək uzadılan müqavilənin müddəti daha bir il də artırıla bilər.

Güləş Federasiyasının gələcək fəaliyyətinə yeni nəfəs gətiriləcək

26 Yanvar 2018 16:21

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Bu gün yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib.  Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırıb: “OLAYLAR” xəbərinə görə, Firdovsi Umudov bildirib ki, hazırda sərbəst və yunan-Roma güləşçiləri hazırlıqlarını davam etdirir: “Yunan-Roma güləşçilərimizin bir qismi İranda keçirilən beynəlxalq turnirdə iştirak edir.

Məşhur hakim azan səsinə görə oyunu saxlayıb

26 Yanvar 2018 15:48

İngiltərəli hakim Mark Klattenburq maraqlı addımı ilə diqqət mərkəzinə düşüb. O, Səudiyyə Ərəbistanında qərarı ilə hamını şoka salıb. Belə ki, “Əl Feyha” – “Əl Fateh” qarşılaşmasını idarə edən Klattenburq matçın gedişində oyunu dayandırıb. Buna səbəb məsciddən azan səsinin gəlməsi olub.

Kərim Benzemanın gedəcəyi klub açıqlandı

26 Yanvar 2018 15:45

“Real”ın hücumçusu Kərim Benzema Madrid klubunu tərk edə bilər. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

"Qarabağ" tam heyətlə MİLLİDƏ

26 Yanvar 2018 14:15

Yanvarın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində yanvarın 30-da Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

"Barselona" ilə bağlı şok iddia

26 Yanvar 2018 11:37

İspaniyanın "Mundo Deportivo" nəşri "Barselona" və Osman Dembele ilə bağlı şok iddia irəli sürüb. Dembele bir müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb. Kataloniya nəşri isə fransalı futbolçunun kənarda qalmasının heç də zədəylə bağlı olmadığını iddia edib. Belə ki, xəbərdə "Barselona"nın mövsümün əvvəlində 100 milyon avro qarşılığında "Borussiya"dan transfer etdiyi futbolçuya görə bonusları ödəməmək üçün futbolçusunu zədəli kimi göstərdiyi qeyd edilib.

""Qarabağ" üzərində əzmkar qələbə xoşdur"

26 Yanvar 2018 11:17

Bu oyun üçün əsas vəzifəmiz oyun praktikası qazanmaq, həmçinin ikinci zonada müdafiənin üzərində çalışmaq idi. Bu sözləri Ukraynanın "Mariupol" klubunun baş məşqçisi Aleksandr Babiç deyib. "Qarabağ"la Türkiyənin Antalya şəhərindəki yoxlama oyununda 3:2 hesablı qələbə qazanan ukraynalıların çalışdırıcısı matç haqda fikirlərini açıqlayıb. O, klubun rəsmi saytına açıqlamasında qarşılaşmadan da, nəticədən də məmnun qaldığını qeyd edib: