İdman

"Real Madrid" 23 yaşlı qapıçı transfer edir - Zidan istəmir

17 Yanvar 2018 12:13

"Real Madrid" rəsmi olaraq Kepa Arrisabalaqanı transfer etmək istədiyini açıqlayıb. Baş məşqçi Zinnəddin Zidanın qapıçını istəməməsinə rəğmən "Real"ın idarə heyəti bu keçidi reallaşdıracaq.

İlham Zəkiyevə yeni vəzifə verildi

17 Yanvar 2018 12:12

Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb. Qurumdan  verilən məlumata görə, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub. Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşüb

17 Yanvar 2018 11:40

Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb. Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

Robert Pattinson müsəlman oldu – İDDİA

16 Yanvar 2018 12:25

Dünya  şöhrətli gənc aktyor Robert Pattinsonun müsəlman olması ilə bağlı xəbərlər yayılıb. Bu iddiaların yaranmasına səbəb onun "New York Times"a verdiyi reportajda işlətdiyi sözlər olub:  "2010-cu ildə Los-Ancelesdə gəzərkən qarşıma məscid çıxdı. İçəriyə girəndən sonra həyatım dəyişdi. Oradan çıxandan sonra ingilis dilində "Quran-i Kərim" alıb oxudum.

"19 xal geridə qalsaydıq, bizi öldürərdilər"

16 Yanvar 2018 12:20

"Real" bizdən 19 xal qabaq olsaydı, Barselonada bizi öldürərdilər. 19 xal çox böyük  fərqdir. Amma "Real"ın sona qədər döyüşəcəyini düşünürəm. Bu sözləri "Real Soseydad"ı 4:2 hesabı ilə məğlub etdikdən sonra "Barselona"nın müdafiəçisi Jordi Alba deyib. 

2020-ci il UEFA Super Kubokunu keçirməkdə maraqlı olan ÖLKƏLƏR

16 Yanvar 2018 12:18

2020-ci il UEFA Super Kubokunu keçirməkdə 9 ölkə maraqlıdır. Namizədliklərini Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nitsa), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişinyov), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) irəli sürüb. Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidirlər. Qalibin adı mayda açıqlanacaq.

Rusiya idmançılarının olimpiadaya keçmiş SSRİ-nin rəmzləri ilə yollanmaları təklif olunub

16 Yanvar 2018 12:13

Rusiya idmançılarının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarına keçmiş SSRİ-nin bayrağı və himni ilə yollanmaları təklif olunub. Belə bir təkliflə internet istifadəçiləri olimpiadada Rusiya simvollarına qadağa qoyulması səbəbindən çıxış ediblər. Onlar Rusiyanın hazırkı himninin keçmiş SSRİ-nin himni ilə üst-üstə düşməsini, ölkənin isə SSSRİ-nin varisi olmasını əsas gətiriblər.

Dünyanın ən varlısı nə Messi nə də Ronaldudur - 20 milyardı olan 19 yaşlı Faiq

16 Yanvar 2018 11:09

Hazırda dünyanın ən böyük futbol ulduzları Lionel Messi və Kriştianu Ronaldudur. Sözsüz ki, onlar çox böyük sərvətə sahibdirlər. Ancaq dünyanın ən varlı futbolçusu nə Messi, nə Ronaldu nə də hansısa başqa bir ulduz deyil.

Aleksis Sançez üçün davam edən "döyüş"

16 Yanvar 2018 11:00

"Arsenal"ın hücumsçusu Aleksis Sançezi daha bir klub öz heyətinə qatmaq istəyir. Çilili futbolçunu transfer etmək üçün gedən "döyüşlərə" "Çelsi" də qoşulub. "Zadəganlar"ın baş məşqçisi Antonio Konte "Yuventus"u çalışdıran zaman da Aleksisi transfer etmək istədiyini gizlətməyib.

Nasri 4 illik futboldan uzaqlaşdırılacaq

15 Yanvar 2018 19:49

"Antalyaspor"un fransız ulduzu Samir Nasri dopinq qəbul etdiyi üçün futboldan uzaqlaşdırıla bilər. 30 yaşlı futbolçu 2016/17-ci il mövsümündə "Sevilya"nın heyətində çıxış edərəkən qan köçürməsi edib. Bu da antidopinq qaydalarına ziddir. İspaniya antidopinq labaratoriyası UEFA-ya Nasrini futboldan 4 il uzaqlaşdırmağı məsləhət görüb.

İngiltərə millisinin sabiq futbolçusu vəfat etdi

15 Yanvar 2018 19:00

İngiltərə millisinin sabiq hücumçusu Sirill Recis 59 yaşında vəfat edib. Ölümün səbəbi məlum deyil. Bəzi nəşrlər onun ürək tutmasından dünyasını dəyişdiyini yazır.

“Oynadığım liqanın səviyyəsi puldan önəmlidi”

15 Yanvar 2018 18:55

"Polşanın "Qurnik Lençna" klubundan ayrılandan sonra özümə tələsik komanda tapmaq istəyirdim". Bu sözləri Polşanın "Termalika" klubunun futbolçusu Qabriel Matey deyib.

Arda rəsmən “Başakşəhər”də

15 Yanvar 2018 17:49

Arda Turanın "Başakşəhər"ə keçidi rəsmiləşib. 31 yaşlı futbolçunun təqdimat mərasimi təşkil edilib. Klub prezidenti Göksəl Gümüşdağ və sponsorların qatıldığı tədbirdə Türkiyə millisinin üzvü 2,5 illik müqaviləyə qol çəkib. "Barselona"dan icarəyə götürülən Ardanın cari mövsümün ikinci dövrəsindəki məvacibi 2 milyon avro olacaq.

Əfsanə futbolçu Uelsin baş məşqçisi olub

15 Yanvar 2018 17:47

Futbol üzrə Uels milli komandasına yeni baş məşqçi təyin olunub. Bu, yığmanın sabiq yarımmüdafiəçisi və kapitanı Rayan Giqqzdir. Vaxtilə İngiltərə "Mançester Yunayted"ində çıxış etmiş əfsanəvi futbolçunun rəsmən təyinatı bu gün açıqlanacaq. Uels Futbol Assosiasiyası yığmanın daha bir sabiq futbolçusu Kreyq Bellami, eləcə də Toni Pyulis və Tyerri Anrinin də namizədliyini nəzərdən keçirib. Lakin sonda seçim 44 yaşlı mütəxəssisin üzərində edilib.