İdman
İtaliyada idman forumu keçirilir
Yanvarın 30-dan Roma şəhərində İdman Bütövlüyü üzrə Qlobal Alyansın (SİGA) Forumu öz işinə başlayıb. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Transfer tarixində BİR İLK
Türkiyənin Sakarya şəhərinin təmsilçisi olan “Harunustaspor” klubu futbol tarixində bir ilkə imza atıb. Klub 22 yaşlı Ömər Faruk Kıroğlu adlı futbolçunu kriptovalyuta ilə transfer edib. Klub yeni futbolçusu üçün 0,0524 bitkoin (2000 tl) və 2500 tl ödəyib.
“Roma”nın futbolçusu “Çelsi”də - RƏSMİ
"Çelsi" heyətinə yeni futbolçu cəlb edib. London təmsilçisi "Roma"nın müdafiəçisi Emersonu transfer edib. Braziliyalı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 33 nömrəli formanı geyinəcək. Bu keçidə görə "Çelsi"nin "Roma"ya 20 milyon avro ödədiyi bildirilir.
Poqba Türkiyənin "Gəclər birliyi"nə transfer oluna bilər
"Mançester Yunayted"in 105 milyon avroya "Yuventus"dan transfer etdiyi Paul Poqbanın böyük qardaşı Florentin Poqba Türkiyəyə transfer olunur. Bu barədə "L'Equipe" məlumat yayıb. Fransa qəzeti iddia edib ki, Poqbanı "Gənclərbirliyi" transfer edir. "Sent-Etyenn"də heyətə düşməkdə çətinlik çəkən 27 yaşlı Qvineya əsilli fransalı müdafiəçi cari mövsümdə cəmi 6 rəsmi oyuna çıxıb.
Yığmamızdan imtina etdi, Ukrayna millisində iştirakına icazə verildi
Azərbaycan millisinin ukraynalı kayakçısı İnna Osipenko-Radomskaya yenidən vətəndaşlığını dəyişib. Bu barədə məlumatı Rio-2016-da yığmamıza bürünc medal qazandıran, ardınca komandamızdan imtina edən idmançının özü verib. 2014-2016-cı illərdə Azərbaycan millisinin şərəfini qoruyan Osipenko-Radomskaya bildirib ki, növbəti yarışlarda artıq Ukrayna bayrağı altında iştirakına rəsmi icazə verilib: "Beynəlxalq Kanoe Federasiyasına Azərbaycan yığmasında çıxışımı başa çatdırdığımla bağlı sənəd göndərilib. Ukraynaya dönmüşəm və ölkəmizi beynəlxalq arenada təmsil etmək istəyirəm. Buna artıq razılıq verilib".
Olimpiya mükafatçımıza Ukrayna yığmasında iştirak üçün icazə verilib
Azərbaycan millisinin ukraynalı kayakçısı İnna Osipenko-Radomskaya yenidən vətəndaşlığını dəyişib. Bu barədə məlumatı Rio-2016-da yığmamıza bürünc medal qazandıran, ardınca komandamızdan imtina edən idmançının özü verib.
Hindistanda qadınlara futbola baxmaq qadağan edilib
Hindistanın Uttar-Pradeş ştatında müsəlman xanımların kişi futbol matçlarına tamaşa etməsi qadağan olunub. Bu barədə "The Times of India" qəzetində, yanvarın 30-da məlumat yayılıb. İslam dünyasının ən iri fiqh və ilahiyyat məktəblərindən sayılan Darül-Elm Deobəndənin müftisi Atar Kəsmi bəyan edib ki, qadınların şortla oynayan və ayaqları açıqda qalan kişilərə baxması yolverilməzdir, bu, şəriət qaydalarına ziddir.
Futbolçu ömürlük yaşıl meydanlardan uzaqlaşdırıldı - ŞOK SƏBƏB
Ronaldo məşhur modelə erotik mesajlar göndərdi, biabır oldu - FOTO
Daha bir legioner "Qarabağ"dan ayrıldı
Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsini tərk edib. Bu barədə Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Direktor bildirib ki, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu "Olimpiakos" komandasının istəyilə kollektivdən ayrılıb.
"Konyaspor" makedoniyalı hücumçu transfer edib
Türkiyə Superliqasında çıxış edən "Konyaspor"da Eto`o transferini baş tutmasa da, klub hücum xəttini gücləndirib. "Göztepe"nin 30 yaşlı forvardı Adis Yahoviç Konya təmsilçisi ilə 3.5 illik müqavilə imzalayıb. O, klubda 88 nömrəli formanı geyinəcək. Onun transferi 1.5 milyon avroya başa gəlib. Makedoniyalı futbolçunun illik məvacibi 1 milyon avro olacaq.
Azərbaycan - Moldova oyununun hakimləri açıqlanıb
Azərbaycan - Moldova oyununun hakimləri açıqlanıb. Məlumata görə, Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün Azərbaycanıb milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.
“Fənərbaxça”nın baş məşqçisinə ŞOK SÖZLƏR
Türkiyədə futbol proqramlarından birinin şərhçisi Əbdülkərim Durmaz “Fənərbaxça” komandasının baş məşqçisi Aykut Kocamana dair kinayəli fikirlər səsləndirib. Şərhçi Aykut Kocamana “gedib at məşqçisi olsun”, mesajını göndərib. Əbdülkərim baş məşqçinin əslində futboldan başı çıxmadığını iddia edib: “Futbol bəsitdir. Futbolu hər kəs bilir. Amma sən bilmirsən.
“Mançester Siti”də ciddi itki
"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane sıradan çıxıb. Gənc oyunçu İngiltərə Federasiya Kubokunda "Kardiff"lə qarşılaşmada xəsarət alıb. "Şəhərlilər"in 2:0 hesabı ilə qalib gəldikləri görüşdə Co Bennettin sərt müdaxiləsindən sonra mübarizəni davam etdirə bilməyən Almaniya millisinin üzvü sol topuğundan zədələnib.
Kamal Axundov: “Azərbaycan adını dünya idman tarixinə böyük hərflə yazmağı bacarıb”
Hər bir ölkəni dünyada tanıdan onun tarixi, mədəniyyəti, ənənələri və maraqlı səsləndə sə, idmanıdır. İdman yeganə sahədir ki, qalib ölkənin bayrağını dalğalandırmaqla dünyaya həm də mesaj verir- qələbə mesajı.














.jpg)