İdman
İspaniya klubu Zedorfa tapşırıldı
"Deportivo" klubunun yeni baş məşqçisi müəyyənləşib. İspaniya təmsilçisi bu posta Klarens Zedorfu gətirib. Təyinatın bu gün rəsmən açıqlanacağı bildirilir. Zedorfun qarşısına komandanın La Liqadakı yerini qorumaq tapşırığı qoyulub.
""Qarabağ"da qalaraq yaxşı məvacib ala bilərdim"
Qış transfer pəncərəsində "Qarabağ"da ayrılaraq İsveçin AİK klubuna keçən Tarik Elyunussi açıqlama verib. Mərakeş əsilli norveçli futbolçu "Qarabağ"a gəlməsindən danışıb: "2017-ci ildə "Olimpiakos"da yaxşı mövsüm keçirdim, Yunanıstan çempionu olduqdan sonra "Qarabağ"a icarə əsasında keçdim. Çempionlar Liqasında oynamaq istədiyim üçün bu keçidə müsbət yanaşmışdım.İlk vaxtlar hər şey qaydasında gedirdi, lakin sonradan zədə aldım və bu, mənə mane oldu. Bu zədə ücbatından 2 ay futboldan kənar qaldım. ÇL-də son turları kənardan izləməli oldu. Mən isə "Qarabağ"a Çempionlar Liqasında oynamaq üçün gəlmişdim. Təcrübə qazanmaq istəyirdim".
Növbədənkənar Prezident seçkiləri səbəbindən Azərbaycan kubokunun təqvimi dəyişəcək
Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək. Məlumata görə, buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub. Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb.
Azərbaycan karateçiləri Avropa çempionatında medalların sayını dördə çatdırıblar
Rusyanın Soçi şəhərində baş tutan yarışın ikinci günü 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61 kq) qızıl medal qazanıb. “OLAYLAR”-a Azərbaycan Karate Federasiyasından bildirilib ki, yeniyetmələrdə avropa üçüncüsü, hazırkı yaş qrupunda isə dünya ikincisi olan H.Baxşəliyevdən başqa daha bir idmançımız çempionluğunu son saniyədə əldən verib.
Türkiyəyə boksda ilk olimpiya gümüşünü qazandıran azərbaycanlı kimdir?
Bu günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da boksçu Malik Bəyləroğlu haqqında məqalə yaradılıb. Malik Bəyləroğlu 1996-ci ildə Atlanta yay Olimpiya Oyunlarında qardaş Türkiyəyə boks idman növündə ilk gümüş medalı qazandıran boksçudur.
Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub – ETİRAF
Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə 2007-ci il dünya çempionatı zamanı uduzması üçün pul təklif olunub. Bu barədə 30 yaşlı idmançı “CBC Sport”da yayımlanan “İmza” verilişində açıqlama verib.
Əsgər salamına görə komandaya 15 minlik CƏZA
Türkiyə Professional Futbol İntizam Qurumu (PFİQ) “Malatyaspor” azarkeşlərinin Afrində döyüşən “mehmetçik”lərə əsgər salamı göndərdiyi üçün klubu cəzalandırıb. Qurum PFİQ “Malatyaspor”-“Sivasspor” matçının azarkeşlərə görə gec başlaması üzündən kluba 15 min türk lirəsi maddi cəza verib.
Emmanuel Emenike La Liqa klubuna keçdi
"Fənərbağça"nın sabiq futbolçusu Emmanuel Emenike karyerasını İspaniyada davam etdirəcək. Müqavilə ilə "Olympiakos"a məxsus 30 yaşlı forvardı "Las Palmas" mövsümün sonuna kimi icarəyə götürüb.
Rəşad Sadıqov hər şeyə aydınlıq gətirdi - AÇIQLAMA
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Gənc məşqçi Ozan Can Kökçünün millimizdən imtina etməsi və daha sonra qərarını dəyişməsinə də toxunub.
Azərbaycan idmançıları Qış Olimpiya Oyunlarında iştirak edəcək
7-25 fevral tarixlərində Pxençanq 2018 Qış Olimpiya Oyunlarında keçiriləcək. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.
Prosineçkinin ilk məğlubiyyəti - Şehiç 45 dəqiqə oynadı
"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Herseqovina millisi növbəti oyununu keçirib. Komanda ABŞ-da təlim-məşq toplanışı çərçivəsində Meksika yığması qarşılaşıb. Görüş amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Uqo Ayala vurub. İ.Sehiç birinci hissədə meydanda olub. O, 46-cı dəqiqədə Kenan Piriçlə əvəzlənib.
Ventura: "35 illik fəaliyyətim 2 aya görə kənara atıla bilməz"
İtaliya millisinin sabiq baş məşqçisi Campiero Ventura fəaliyyətini davam etdirmək niyyətindədir. Təcrübəli mütəxəsis 2 aylıq sükutu pozaraq yerli mətbuata açıqlama verib. "Mənim üzərimdə böyük təzyiq vardı. Bunun nəticəsi çox ağır oldu. futbolda heç kim təkbaşına qalib gəlmir, yaxud uduzmur.
"İlk qolu vurduğum anı heç zaman unutmayacağam"
Tarixdə İLK - Futbol klubu bitkoinlə futbolçu aldı
Türkiyədə həvəskar “Harunustaspor” futbol klubu bitkoinlə futbolçu transfer edib. Məlumata görə, klub Ömər Faruq Kiroğlunu 0,0524 bitkoinə (547 dollar) əldə edib. “Harunustaspor” Türkiyədə Sakarya vilayət həvəskarlar liqasında çıxış edir.
Almeyda bu gün Bursaya yollanır?
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda bu gün "Bursaspor"la müqavilə imzalayacaq. Bu iddianı bursa.com saytı ortaya atıb. Xəbərdə bildirilir ki, "transfer pəncərəsi"nin son günündə transferi rəsmiləşdirmək üçün danışıqları intensivləşdirən "Burasspor" rəhbərliyinin "Qarabağ" tərəfi ilə danışıqları müsbət nəticələnmək üzrədi. Almeydanın bu gün Bursaya yollanaraq, "ağ-yaşıllar"la müqavilə bağlaması gözlənilir.














