Kuman rəsmən Hollandiya millisində
Hollandiya yığmasının yeni baş məşqçisi bəlli olub. "Narıncılar"ın "sükanı arxası"na son olaraq "Everton"u çalışdırmış Ronald Kuman keçib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Hollandiya millisinin heyətində 1988-ci ildə Avropa çempionatının qalib olan Kumanla 2020-ci ilə qədər müqavilə imzalanıb. 54 yaşlı mütəxəssis bu postda Dik Advokatı əvəz edib.
7 Fevral 2018 19:00 İdmanHollandiya yığmasının yeni baş məşqçisi bəlli olub. "Narıncılar"ın "sükanı arxası"na son olaraq "Everton"u çalışdırmış Ronald Kuman keçib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Hollandiya millisinin heyətində 1988-ci ildə Avropa çempionatının qalib olan Kumanla 2020-ci ilə qədər müqavilə imzalanıb. 54 yaşlı mütəxəssis bu postda Dik Advokatı əvəz edib.
Qeyd edək ki, Hollandiya DÇ-2018-dən kənar qalıb. Goal.az