KİV: "Çelsi"nin baş məşqçisi postunda dəyişiklik olacaq
Antonio Konte tezliklə İngiltərənin “Çelsi” futbol komandasının baş məşqçisi postundan istefaya göndəriləcək. Məlumata görə, italiyalı mütəxəssisi ispaniyalı Luis Enrike əvəzləyəcək. Enrike əvvəllər İspaniyanın “Barselona” və İtaliyanın “Roma” kollektivlərinə rəhbərlik edib.
6 Fevral 2018 18:50 İdmanAntonio Konte tezliklə İngiltərənin "Çelsi" futbol komandasının baş məşqçisi postundan istefaya göndəriləcək. Məlumata görə, italiyalı mütəxəssisi ispaniyalı Luis Enrike əvəzləyəcək. Enrike əvvəllər İspaniyanın "Barselona" və İtaliyanın "Roma" kollektivlərinə rəhbərlik edib.
"Çelsi" ötən gün Premyer Liqanın XXVI tur matçında "Uotford"a səfərdə 1:4 hesabı ilə uduzub. Bu, "zadəganlar"ın ardıcıl ikinci böyükhesablı məğlubiyyətidir. "Göylər" hazırda 50 xalla 4-cü pillədə qərarlaşıblar.
Qeyd edək ki, Antoni Konte "Çelsi"yə 2016-cı ilin yayından rəhbərlik edir. O, ötən mövsüm komandaya İngiltərə çempionluğu qazandırıb. "Report"un sports.es saytına istinadən xəbər verir.