"İlk qolu vurduğum anı heç zaman unutmayacağam"

"Səbail"in "10 sual" rubrikasının növbəti qonağı yarımmüdafiəçi Murtuz Abakarov olub.

Suallara verdiyi cavabları təqdim edirik. 

- Futbola gəlişiniz necə oldu?
- Uşaqlıqda məşqul olduğum müxtəlif idman növləri olub, ancaq məhz futbol ruhuma daha yaxın gəldi. Bu səviyyəyə çatacağımı heç vaxt düşünməzdim.

- Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod?
- Yadda qalan çox matçım olum, ancaq ilk qolu vurduğum anı heç zaman unutmayacağam.

- Futbolda kumiriniz?
- Raul Gonzalez uşaqlıqdan indiyədək kumirimdir

- Hobbi və maraqlarınız?
- Dostlarımla müxtəlif kompüter və Playstation oyunları oynamaq.

- Ən sevdiyiniz film, musiqi, kitab?
- Sevdiyim filmlər çoxdur, ancaq "Law Abiding Citizen" ən sevdiyim filmdir.

- Həyatınızın əsas qaydası.
- Həyatda hər bir vəziyyətdə insanlığı itirməməkdir.

- İnsanlarda ən çox nəyə dəyər verirsiniz?
- İlk öncə insanların sadəliyini, əliaçıqlığını və təmizliyini dəyərləndirirəm

- Karyeranızda əsas məqsədiniz?
- Mümkün qədər çox zirvələrə çatmaq.

- Gənc futbolçulara məsləhətiniz?
- İlk öncə, heç vaxt təslim olmamaq. Maneəsiz və məğlubiyyətsiz nə qələbə olmur, nə də nəticə. Heç vaxt heç bir problem qarşısında dayanmayın. Futbol ciddi oyundur və zəif xasiyyəti olanları sevmir.

- Azarkeşlərinizə müraciətiniz?
- Matçlara gəlin, bizə dəstək olun. Sizin dəstəyiniz istənilən rəqibimizin qarşısında özümüzə güvənimizi artırır.

Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31