Əfsanə futbolçu Uelsin baş məşqçisi olub

Futbol üzrə Uels milli komandasına yeni baş məşqçi təyin olunub. Bu, yığmanın sabiq yarımmüdafiəçisi və kapitanı Rayan Giqqzdir. Vaxtilə İngiltərə "Mançester Yunayted"ində çıxış etmiş əfsanəvi futbolçunun rəsmən təyinatı bu gün açıqlanacaq. Uels Futbol Assosiasiyası yığmanın daha bir sabiq futbolçusu Kreyq Bellami, eləcə də Toni Pyulis və Tyerri Anrinin də namizədliyini nəzərdən keçirib. Lakin sonda seçim 44 yaşlı mütəxəssisin üzərində edilib.

Qeyd edək ki, 1991 - 2007-ci illərdə Uels millisində 64 oyun keçirmiş Rayan Giqqz Kris Koulmeni əvəzləyəcək. Koulmen yığma komanda 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün istefa verib.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31