“Liverpul” müqavilə bağladığı futbolçunu gətirmək üçün sərvət ödəməlidir
"Liverpul" klubu “RB Leypsiq”in dünya şöhrətli yarımmüdafiəçisi Nabi Keytanı müqavilədə qeyd olunmuş vaxtdan əvvəl heyətinə qata bilər. İngilislər bunun üçün 13 milyon funt-sterlinq ödəməlidir. Almaniyanın “Bild” qəzetinin məlumatına görə, “Liverpul” müqavilədə qeyd edilən 50 milyon funt-sterlinqdən əlavə 13 milyonu da ödəsə, Nabi Keyta 1 iyun tarixindən daha tez Premiyer Liqaya keçid edə bilər.
11 Yanvar 2018 18:34 İdman"Liverpul" klubu "RB Leypsiq"in dünya şöhrətli yarımmüdafiəçisi Nabi Keytanı müqavilədə qeyd olunmuş vaxtdan əvvəl heyətinə qata bilər. İngilislər bunun üçün 13 milyon funt-sterlinq ödəməlidir. Almaniyanın "Bild" qəzetinin məlumatına görə, "Liverpul" müqavilədə qeyd edilən 50 milyon funt-sterlinqdən əlavə 13 milyonu da ödəsə, Nabi Keyta 1 iyun tarixindən daha tez Premiyer Liqaya keçid edə bilər.
Qeyd edək ki, "Liverpul" keçən ilin avqust ayında Nabi Keytanı heyətinə qatmaq üçün "RB Leypsiq"lə 50 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb. Publika.az