Həmyerlimiz beynəlxalq çempionatda mübarizə aparacaq
15 Sentyabr 2014 14:43 İdmanSentyabrın 26-da Almaniyanın paytaxtı Berlin şəhərində GBC versiyası üzrə beynəlxalq boks çempionatı keçiriləcək. "Odlar Yurdu İdman Təşkilatı"
İctimai Bilrliyinin rəhbəri Azad Əzizovun "OLAYLAR"-a verdiyi xəbərə görə, çempionatda Maqdeburq şəhərində igamətgahı olan İctimai Bilrliyin yetirməsi Bəxtiyar Eyubov reytinqli döyüşdə iştirak edəcək. Xatırladaq ki, bu döyüş gənc idmançımızın 6-cı döyüşüdür və o, bundan əvvəlki döyüşləri Amerikada və Almaniyada keçirərək rəqiblərinə qalib gəlib. Yarışlar paytaxt Berlindəki Audi Centrum Lichtenbergdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31