Azərbaycan millisi 22 pillə geriləyəcək
15 Sentyabr 2014 14:20 İdmanFİFA milli komandaların reytinq siyahısını sentyabrın 18-də açıqlayacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu tarixə 3 gün qalsa da, artıq indidən cədvəl böyük ölçüdə hazırdır. Çünki bu qısa müddətdə siyahıda yalnız cüzi dəyişiklik ola bilər. Sonuncu dəfə avqustun 14-də dərc olunan cədvəllə müqayisədə sentyabrdakı siyahıda böyük dəyişikliklər olacaq. una millilərin iştirakı ilə yetərincə oyunun, o cümlədən AVRO-2016-nın seçmə mərhələsinin ilk görüşləri baş tutub. Təxmini cədvələ baxsaq, hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. Özbəkistan (0:0) və Rusiya (0:4) ilə yoldaşlıq, Bolqarıstanla (1:2) seçmə oyunu keçirən millimiz bu uğursuzluğun "bəhrəsi"ni görüb. Reytinqdə 69 xal itirən millimiz artıq siyahının 95-ci komandası olub. Ötən ay 413 xalla planetin 73-cüsü olan komandamız indi 344 xala malikdir.
Millimiz və "qonşuları"
91 (86). Botsvana - 356
92 (90). Zimbabve - 353
93 (101). Ruanda - 349
94 (71). Boliviya - 346
95 (73). AZƏRBAYCAN - 344
96 (92). Qətər - 342
97 (97). Çin - 341
98 (106). Malavi - 340
99 (100). Latviya - 333
100 (85). Yamayka - 321
İlk "onluq"un tərkibində dəyişiklik olmayıb. Amma Hollandiya ilə Kolumbiya, Braziliya ilə Uruqvay, Fransa ilə İsveçrə yerlərini dəyişib.
İlk "onluq"
1 (1). Almaniya - 1765
2 (2). Argentina - 1731
3 (4). Kolumbiya - 1488
4 (3). Hollandiya - 1456
5 (5). Belçika - 1444
6 (7). Braziliya - 1291
7 (6). Uruqvay - 1243
8 (9). İspaniya - 1228
9 (10). Fransa - 1202
10 (9). İsveçrə - 1175
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız Bolqarıstan yığmamız üzərində qələbə sayəsində 26 pilləlik sıçrayışa nail olubsa, İtaliya cüzi irəliləyiş əldə edib. Digər yığmalar geriləyib. Norveç isə millimizdən də pis - 23 addım geriləyib.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
13 (14). İtaliya - 1068
19 (16). Xorvatiya - 928
46 (72). Bolqarıstan - 570
76 (53). Norveç - 421
95 (73). AZƏRBAYCAN - 344
155 (150). Malta - 133
Qeyd edək ki, qonşu Türkiyə yığması isə 637 xalla 38-cidir. "Ay-ulduzlular" 6 pillə geriləyib.