Mərkəzi Arena “Qarabağ” üçün hazırdı
15 Sentyabr 2014 12:11 İdmanTofiq Bəhramov adına Respublika stadionunda köhnə ot örtüyü yenisi ilə əvəzlənib. "Qafqazinfo" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və AFFA-nın birgə təşkilatçılığı ilə xaricdən gətirilən yeni qazon artıq stadiona döşənib. Bununla da, Tofiq Bəhramov adına Respublika stadionu sentyabrın 18-də keçiriləcək Avro Liqanın qrup mərhələsi matçı, "Qarabağ"- "Sent Etyen" oyununa demək olar ki, hazır vəziyyətə gətirilib. Stadiondan çəkilən son fotoları təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31