Maluda "Trabzonspor"u "Metz"ə dəyişdi

"Trabzonspor"la yollarını ayıran Floren Maludanın yeni komandası bəlli olub. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu karyerasını Fransa Liqasında davam etdirəcək. Trabzon təmsilçisi ilə müqaviləsini qarşılıqlı şəkildə ləğv edən fransız futbolçu "Metz"lə 1+1 sistemi üzrə müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasına "Şatoru" klubunda başlayan Maluda sonrakı illərdə "Qenqam", "Lion", "Çelsi" və "Trabzonspor" klublarının şərəfini qoruyub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31