“Qarabağ”dan jurnalistlərə müraciət
12 Sentyabr 2014 20:05 İdman"Qarabağ" sentyabrın 18-də başlanacaq Avropa Liqasının oyunların ilə əlaqədar jurnalistlərə müraciət edib. Klubun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, UEFA-nın tələblərinə uyğun olaraq, Avroliqa matçlarında akkreditasiya proseduru üçün müəyyən şərtlər vacibdir: "Bu şərtlər arasında oyunda iştirak edəcək media mənsublarının işinin səmərəliliyini təmin etmək də var. Bunu nəzərə alaraq bildiririk ki:
- Jurnalist "Qarabağ" (Azərbaycan) - "Sent-Etyen" (Fransa) maçına akkreditə olmaq üçün mənsub olduğu qurumun vəsiqəsini təqdim etməlidir (Vəsiqənin surəti UEFA-ya təqdim ediləcək)
- Futbol profilli mətbu orqanlara 2, qeyrilərinə 1 akkreditasiya veriləcək (əgər hansısa mətbu orqan əlavə olaraq akkreditasiya istəsə (vəsiqəni təqdim etməklə) mətbuat nümayəndələri üçün ayrılmış 37ci-sektora dəvətnamə götürə bilərlər - maksimum 3 ədəd)
- Oyunda qeydiyyatdan keçəcək fotoqraflar üçün UEFA-dan göndərilmiş press-jileti veriləcək. Bunun müqabilində isə fotorqrafların hansısa sənədi akkreditasiya zamanı tərəfimizə təqdim etməlidirlər. Oyundan sonra jiletlər geri verildiyi zaman sənədlər də geri qaytarılacaq (jiletlər UEFA-ya geri qaytarılmalıdır)
- Yayım hüququna malik olmayan TV-lər kameralarla oyun çəkilişinə icazə verilmir. TV-lər ancaq oyun sonrası "miks zona"da və mətbuat konfranslarında çəkiliş apar bilərlər (kameralar oyunöncəsi xüsusi otaqda saxlanılacaq və istifadəsi üçün üzərinə UEFA tərfindən göndərilmiş xüsusi stikerlər vurulacaq)
Akkreditasiya qeydiyyatı:
15 Sentyabr 09:00 - 18:00
16 Sentyabr 09:00 - 18:00
Yer: Suraxanı qəsəbəsi, "Qarabağ"ın bazası (Suraxanı Rayon İcra Hakimiyyətinin yaxınlığı, Tofiq İsmayılov adına stadion)
Əlaqə: 0772193919, 0552727999