Azərbaycan Premyer Liqasının növbəti turunda "Bakı" ilə qarşılaşacaq "Sumqayıt" klubu növbəti futbolçunu heyətinə qatıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev Sumqayıt təmsilçisi ilə bir illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu "Sumqayıt"da 86 nömrəli formanı geyinəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31