Dieqo Kosta avqustun ən yaxşı futbolçusu oldu
12 Sentyabr 2014 19:05 İdman"Çelsi"nin yeni transferi Dieqo Kosta İngiltərədə ilk mükafatını qazanıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı hücumçu İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib. D.Kosta bu uğuru komanda yoldaşlarının köməyi ilə qazandığını deyib: "Ötən ayın ən yaxşı futbolçusu seçildiyim üçün çox xoşbəxtəm".
Qeyd edək ki, D.Kosta ötən ay oynadığı üç matçda dörd qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31