Futbolda inqilab: Braziliya futbolçulardan elektrik enerjisi istehsal edəcək
12 Sentyabr 2014 18:12 İdman"Sovetskiy sport"-un verdiyi məlumata görə, Braziliyanın Rio de Janeyro şəhərində futbolçu enerjisi ilə işıqlandırılan stadion istifadəyə verilib. Analoqu olmayan meydançanın açılışında Braziliyanın əfsanəvi futbolçusu Pele də iştirak edib. Stadionun ot örtüyü altında futbolçuların enerjisini özünə yığan 200 ədəd lövhə yerləşdirilib. Günorta saatlarında lövhələr sahənin ətrafına yerləşdirilmiş günəş panellərindən enerji yığır. Bununla stadion işıqlanması üçün dayanmadan 24 saat elektrik enerjisi istehsal edir. Bu tip işıqlandırmadan bəzi Avropa ölkələrində qatar stansiyalarında və Avstraliyada ticarət mərkəzlərində istifadə olunur. Təcrübə ilk dəfədir ki, futbol sahəsində sınaqdan keçirilib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31