AFFA "Simurq" və "Xəzər Lənkəran"ın şikayətini təmin etmədi
12 Sentyabr 2014 12:35 İdmanAFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda "Xəzər Lənkəran" klubunun futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi və "Simurq"un futbolçusu Çeran Draqanın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxılıb. Müzakirələrdən sonra İntizam Komitəsinin qəbul etdiyi qərarların qüvvəsində saxlanılmasına qərar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31