Milli komandamız yenə uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan yığması dünya çempionatının ikinci seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.ANS PRESS-in məlumatına görə, millimiz İsveçrə ilə qarşılaşıb.Oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Belə ki, 6 qolun vurulduğu oyunda millimiz 2:4 hesabı ilə məğlub olub.Qeyd edək ki, Azərbaycan yığması bundan öncə İngiltərəyə 4:5 hesabı ila uduzmuşdu. Qrupdakı son rəqibimiz isə Macarıstan olacaq.İsveçrə - Azərbaycan 4:2 (2:0, 2:1, 0:1)Qollar: Deyan Stankoviç, 2; 15; Filipp Borer, 5. Noel Ott, 18. Hikmət Bağırov, 13. Orxan Məmmədov, 31.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31