"Borussiya"nın daha bir futbolçusu sıradan çıxdı

"Borussiya" (Dortmund) klubunun daha bir futbolçusu sıradan çıxıb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisində Nuri Şahin və Marko Roysun ardından Yakub Blaşikovski də zədələnib. Ötən ilin yanvar ayında çarpaz bağları qopan futbolçunun uzun fasilədən sonra bu həftə yaşıl meydanlara qayıtmağı planlaşdırırdı. Lakin dünənki məşqi yarımçıq buraxan 29 yaşlı futbolçunun arxa əzələsində yırtıq aşkar edilib. Blaşikovskinin 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, polşalı futbolçu 2007-ci ildə "Visla"dan "Borussiya"ya transfer olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31