Elnur Allahverdiyev "Neftçi"də "14"ü seçdi
11 Sentyabr 2014 20:05 İdman"Neftçi" Elnur Allahverdiyevin adını sifariş vərəqəsinə daxil edib. Qol.Az-ın PFL-in saytına istnadən yaydığı xəbərə görə, Azərbaycan milli komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Müdafiəçi "Neftçi"nin heyətində 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 31 yaşlı E. Allahverdiyev "Ədliyyə" , "Şəfa", MOİK, "Neftçi" (hamısı Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Xəzər Lənkəran" və "Qəbələ" klublarında oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31