“Sent-Etyen”in məşqçisi “Qarabağ”ın oyununa gəlir

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Sent-Etyen" klubu öz nümayəndəsini Bakıya göndərir. Bu haqda Qol.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Bildirilib ki, Fransa təmsilçisinin məşqçisi Alen Blanchon Azərbaycan Premyer Liqasında "Qarabağ"ın AZAL-la matçını izləmək üçün ölkəmizə gələcək.

Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu sentyabrın 13-də keçiriləcək. "Qarabağ"la "Sent-Etyen" arasındakı ilk qarşılaşma isə sentyabrın 18-də Bakıda olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31