Elnur Allahverdiyev "Neftçi" ilə müqavilə bağlayır
10 Sentyabr 2014 19:25 İdmanAzərbaycan millisinin müdafiəçisi Elnur Allahverdiyevin yeni klubu müəyyənləşib. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu karyerasını "Neftçi"də davam etdirəcək. 31 yaşlı futbolçunun bu gün paytaxt klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, ötən mövsümü "Qəbələ" klubunda keçirən Elnur Allahverdiyev 2006-2009-cu illərdə "Neftçi"nin şərəfini qoruyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31