“Partizan”ın baş məşqçisi “Neftçi” ilə oyunlardan danışdı
8 Avqust 2014 19:45 İdman"Avroliqada uğur qazanmaq istəyirik. "Neftçi" haqqında ümumi məlumatlara malikik. Amma yenə də öyrənməyə çalışacağıq". Apasport.az xəbər verir ki, bu sözləri "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç deyib. Avroliqanın pley-off mərhələsində "Neftçi"nin rəqibi olan serbiyalıların çalışdırıcısı 2 il öncə "ağ-qaralar"la bu turnirin qrup mərhələsində oynadıqları matçları yada salıb: "Hər iki matç heç-heçə başa çatmışdı. Həmin vaxtı Bakı klubu olduqca güclü komanda idi. Düşünürəm ki, onlar bizim üçün heç də asan rəqib olmayacaq. Bizi qarşıda çətin görüşlər gözləyir. Ehtiyatlı olub, nəticə qazanmağa çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31