Böyükağa Hacıyev püşkü dəyərləndirdi

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib. Apasport.az saytının xəbərinə görə, 56 yaşlı mütəxəssis püşkə əsasən rəqib olacaqları "Partizan"ı güclü komanda adlandırıb. "Pley-off mərhələsində asan rəqib olmur. Buna görə də rəqibin kimliyinin elə bir önəmi yoxdur. "Partizan"a gəlincə, tanış rəqibdi. Bu komanda ilə Avropa Liqasının qrup mərhələsində iki dəfə qarşılaşmış və məğlub olmamışıq. "Partizan" ciddi rəqibdi, bu komandaya hörmətlə yanaşırıq" - deyə, Hacıyev bildirib. Hacıyev klubun saytına açıqlamasında deyib ki, ilk oyunun avqustun 21-də keçiriləcəyindən, daha yaxşı hazırlaşmaq üçün vaxtları olacaq: "İkinci dəfə qrup mərhələsinə vəsiqə qazanaraq, yeni tarix yazmaq üçün əlimizdən gələni edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31