UEFA Reynaldonun cəzasını açıqladı

UEFA "Qarabağ"ın hücumçusu Reynaldoya verilən cəzanı açıqlayıb. Apasport.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, III təsnifat mərhələsində "Zalsburq"la ilk görüşdə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edən braziliyalıya 1 oyun cəza verilib. Avstriyada baş tutan oyunu buraxdığını nəzərə alsaq, Reyanldo cəzasını başa vurub. O, belə olan halda pley-off mərhələsində "Tvente" ilə baş tutacaq oyunlarda meydana çıxa biləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31