Qurban Qurbanov – “Tvente” haqda
8 Avqust 2014 19:20 İdman"Tvente" bizə tanış komandadır. Zənnimcə, qarşılaşaca biləcəyimiz komandalar arasında ən güclülərdəndir". Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib. O komandasının saytına açıqlamasında bildirib ki, qrup mərhələsi üçün qarşılaşacaqları Hollandiya "Tvente"sindən öncə Topaz Premyer Liqasını düşünürlər: "Hal-hazırda çempionat oyunlarını fikirləşirik. Bu oyuna qədər maçlarımız var. Problemlərimiz olsa da, "Tvente"yə qarşı hazırlaşacağıq. Hələlik rəqib komanda məlumat toplayacağıq. Ötən mövsüm çempionatda 3-cü yeri tutublar. Güclərinə şübhə etmək olmaz. Təbii ki, "Tvente" ilə qarşılaşmalar da meydana çıxıb ən yaxşı şəkildə çıxış etməyə çalışacağıq".