Klublarımızın UEFA-dakı mövqeyi rəsmən açıqlandı
8 Avqust 2014 20:25 İdmanUEFA Avropa kuboklarında yarışan klubların yeni reytinq siyahısı açıqlayıb. Qol.Az-ın xəbərinə görə, qurumun rəsmi saytında dərc olunan reytinqdə son beş mövsümdə (2010/11, 2011/12, 2012/13, 2013/14, 2014/15) qitə miqaylı turnirlərdə mübarizə aparan Azərbaycan klublarının adı da daxil edilib. 450 komandanın yer aldığı reytinqdə ölkəmizdən yeddi komanda var. Hələlik ən yaxşı göstərici Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Neftçi" və "Qarabağ"a məxsusdur. Bakı təmsilçisi UEFA-nın özünün rəsmən açıqladığı son reytinqlə müqayisədə 1 pillə geriləyərək 191-ci pilləyə, Çempionlar Liqasında "Zalsburq"a uduzaraq turnirdə çıxışını başa vuran "Qarabağ" isə 2 pillə geriləyərək 216-ci pilləyə düşüb.
Ümumilikdə, komandalarımızın UEFA reytinqindəki mövqeyi aşağıdakı kimidir:
191. "Neftçi" (-1)
216. "Qarabağ" (-2)
263. "İnter" (+17)
300. "Xəzər Lənkəran" (-14)
344. "Bakı" (-7)
374. "Qəbələ" (+7)
375. AZAL (-8)