"Neftçi" və "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri məlum oldu
8 Avqust 2014 17:33 İdmanBu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Trend-in məlumatına görə, turnirdə mübarizə aparan "Neftçi" və "Qarabağ" komandalarının pley-off mərhələsindəki rəqibləri müəyyən olub. Püşkatmanın nəticələrinə görə, Qarabağ "Tvente" (Hollandiya), "Neftçi" isə "Partizan"la (Serbiya) üz-üzə gələcək. Qeyd edək ki, bu komandaların hər iksi artıq tanış rəqiblərdir. Maraqlıdır ki, "Qarabağ" 5 il əvvəl Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı.A]dam əmsilçiləri ilk oyunda 1:3 hesabı ilə məğlub olmuçşdular. Bakıda keçirilən matç isə qolsuz heç-heçə ilə bitmişdi. "Neftçi" də artıq indiyədək "Partizan"la üz-üzə gəlib. Komandalar 2012-ci ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində görüşüblər. İlk oyun 0:0, ikinci qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.