Rövnəq Abdullayev: “...öyrənmişik”
8 Avqust 2014 12:49 İdmanAFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Gürcüstanın "Çixura" klubuna 3:2 hesabı ilə qalib gələn "Neftçi"nin oyunçularını təbrik edib. Lent.az-ın sportbox.az-a istinadən verdiyi xəbərə görə, oyunu izləmək üçün Gürcüstana gedən AFFA rəhbəri "Neftçi"nin yaxşı oyun nümayiş etdirdiyini deyib: "Maraqlı oyun alındı. "Neftçi"nin oyunu bizi sevindirdi. Onun səfərdə stabil oyun nümayiş etdirməsi çox yaxşıdır. Bu o deməkdir ki, biz artıq səfərdə oynamağı öyrənmişik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31