“Messi “Qızıl top”u yenə qazansa, güləcəm”
14 Noyabr 2013 17:52 İdman"Barselona"nın futbolçusu Jerard Pike hazırkı durumu və komanda yoldaşı Lionel Messi haqda açıqlama verib. Qol.Az-ın məlumatına görə, "El Mundo Deportivo"ya danışan ispan müdafiəçi zədəsinin sağalmağa başladığını deyib: "Bir az dincəlməyə ehtiyacım var idi və millinin matçlarının olması mənim üçün çox yaxşı oldu. Qarşıdakı günlərdə tam hazır vəziyyətdə geri dönməyi planlaşdırıram".
Komanda yoldaşı Messinin "Qızıl top" mükafatına şanslarını dəyərləndirən Pike bildirib ki, əgər bu il də argentinalı hücumçu həmin mükafatı alsa, çox güləcək: "Bu sorğuda çoxları Messiyə səs verir. Ona görə əsas namizədlərdən biri odur. Messi bu mükafatı 4 dəfə qazanıb. Amma əgər bu dəfə də qazansa, güləcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31