"Qalatasaray"lı futbolçular Fatih Terimi istəyir

Türkiyə Superliqasında lider "Fənərbaxça" ilə xal fərqini 9-a yüksəldən "Qalatasaray"ın futbolçuları sabiq baş məşqçiləri Fatih Terimin yenidən komandaya gəlməsini istəyir. Qol.Az-ın "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssislə telefonla əlaqə saxlayan "Cim Bom"lu oyunçular türk çalışdırıcıya bunları deyib: "Sizsiz xoşbəxt deyilik. Komandadakı psixoloji vəziyyət çox pisdir. Hər gün iki cənazə çıxan ev kimiyik".
Futbolçulara dəstək olmağa çalışan Terim isə onlara hansı şərtlərdə olursa-olsun sonadək mübarizə aparmalı olduqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31