Mourinyo Falkaoya görə üç futbolçu ilə yollarını ayırır
14 Noyabr 2013 18:32 İdman"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo qış transfer pəncərəsində 3 futbolçunu satmaq fikrinə düşüb. Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu addımı "Monako"nun forvardı Radamel Falkaonu transfer etmək üçün atacağını deyib. Mourinyo Kevin De Bruyne, Demba Ba və David Luizi satmaqla Falkaonun transferinə şərait yaratmaq istəyir. Hər üç futbolçu əsas heyətin oyunçularıdır və hazırda onların "Çelsi"dəki gələcək karyerası şübhə altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31