"Qalatasaray"dan gözəl qələbə

Qadın voleybolçular arasında Türkiyə çempionatında VI turun oyunları keçirilib. Apasport.az  bildirir ki, tur çərçivəsində Çempionlar Liqasında "Azəryol"un rəqibi "Qalatasaray" "Halk Bankası"nı qəbul edib.115 dəqiqə davam edən görüş İstanbul təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2 (25:19, 16:25, 23:25, 25:20, 15:11). Bu matçdan sonra "Qalatasaray" 13 xalla yenə 4-cü pillədədir.Qeyd edək ki, "Azəryol" ilk matçda "Qalatasaray"a 1:3 hesabı ilə uduzub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31