"Real"ın futbolçuları "Mançester Yunayted"in hədəfində

"Real" (Madrid) klubunun futbolçuları Sami Xedira və Anxel Di Mariya "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Qol.Az-ın məlumatına görə, komandanın məşqçilər heyətindən olan Fil Nevil "Real" - "Sevilya" (7:3) görüşündə adı çəkilən futbolçuları yaxından izləmək üçün stadionda olub. "Real"ın Xedira üçün 42 milyon, Di Maria üçün isə 21 milyon avro təzminat istədiyi bildirilir. Lakin Karlo Ançelotti iki futbolçunu eyni vaxtda göndərməyə hazır olmadıqlarını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31