Roberto Karlos "Valensiya"nın baş məşqçisi olacaq?

Hazırda Türkiyənin "Sivasspor" futbol klubunu çalışdıran məşhur braziliyalı futbol əfsanəsi Roberto Karlos, məşqçilik koryerasını futbol üzrə İspaniya La Liqasında davam etdirə bilər. Siasport.az saytı Türkiyənin "Sporx.com" idman saytına istinadən xəbər verir ki, ötənlərin ulduz futbolçusu La Liqanın köklü klublarından sayılan "Valensiya"nın hədəfindədir. Yeni mövsümdə ard-arda acınacaqlı məğlubiyyətlər alan "Valensiya" klubu, hazırkı baş məşqçi Miroslav Dukiçin fəaliyyətinə son vermək qərarına gəlib. Komandanın sükanı arxasına keçəcək əsas namizədlərdən biri isə, ilk növbədə "Real"ın keçmiş forvardı R.Karlosdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31