"Qalatasaray"-"Fənərbaxça" derbisini kim idarə edəcək?

Bazar günü keçiriləcək "Fənərbaxça"-"Qalatasaray" derbisini idarə edəcək hakimin adı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, İstanbulun barışmaz rəqib olan iki nəhəng futbol komandalarının qarşılaşmasını Bülənt Yıldırım idarə edəcək. Türkiyə mətbuatı yazır ki, artıq Türkiyə Futbol Federasıyası (TFF) bununla bağlı qərar qəbul edib. Maraqlısı budur ki, hər iki futbol klubunun təmsilçiləri TFF-nin qərarından sonra B.Yıldırımın baş hakim təyinatını ciddi şəkildə pisləyiblər. Onlar bu addımlarını, B.Yıldırımın derbi qarşılaşmalarında ciddi səhvlərə yol verməsi və psixoloji hazırlıqsızlığı ilə əlaqələndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31